"BDU Könüllüləri" təşkilatının Şərqşünaslıq fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə Şərq ölkələrində Urbanizasiya və Şəhərsalma mövzusunda görüş baş tutub
-lg.jpg)
“Şərq ölkələrində Urbanizasiya və Şəhərsalma” mövzusunda görüş keçirilib
"BDU Könüllüləri" təşkilatının Şərqşünaslıq fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə Şərq ölkələrində Urbanizasiya və Şəhərsalma mövzusunda görüş baş tutub.
Görüş Xarici ölkələrin iqtisadi siyasi coğrafiyası və turizm kafedrasının dosenti Vüqar Dərgahovun təqdim edilməsi ilə açıq elan edilib.
Vüqar Dərgahov şərq ölkələrində şəhər əhalisinin artımı və həmin artımın şəhər həyatına təsiri barəsində bəhs edib. Vüqar Dərgahov çıxışı zamanı Şərq ölkələrində şəhər əhalisinin sürətlə artmasının əsas səbəblərinə toxunaraq qeyd edib ki, urbanizasiya prosesi xüsusilə son onilliklərdə daha intensiv xarakter alıb. O bildirib ki, kənd yerlərindən şəhərlərə miqrasiya, sənayeləşmə, təhsil və iş imkanlarının əsasən şəhərlərdə cəmlənməsi bu artımın başlıca amillərindəndir.
Daha sonra urbanizasiyanın səbəb olduğu problemlər və həll yollarının tapılması barəsində fikir mübadiləsi aparılıb.