BDU Könüllüləri Şərqşünaslıq fakültəsinin l kurs könüllüləri ilə görüş təşkil edib
24 Sentyabr 2025 10:57

Könüllüləri Şərqşünaslıq fakültəsinin l kurs könüllüləri ilə görüş təşkil edib.
23 sentyabr 2025-cü il tarixində Şərqşünaslıq fakültəsində “BDU Könüllüləri” fəalları və fakültə könüllülərinin idarə heyətinin üzvləri birinci kursa daxil olan tələbələrlə infosessiya keçiriblər. Görüşdə fakültə könüllüləri sədri Anar Əhədov və digər idarə heyəti üzvləri iştirak ediblər. Tələbələrə könüllülüyün mahiyəti, "BDU Könüllüləri”nin fəaliyyəti, klublar və departamentlər haqqında geniş məlumat verilib. Suallar cavablandırılıb. Sonra, sosial kommunikasiyanı təşviq etmək məqsədi ilə əyləncəli şəbəkələşmə keçirilib. Müəyyən komandalardan ibarət qruplara tapşırıqlar verilib.
Qalib komandalar müəyyən olunub. I yerin qalibləri “Xīng duì” komandası hesab olunub. II yerin qalibi "5 lights", III yerin qalibi isə “ Zirvə” komandası olub. Görüşün sonunda idarə heyəti tələbələrlə xatirə şəkili çəkdirib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36