Babilistanda Qaon ədəbiyyatı dövrü
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Ərəb filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gülnarə Abdullayeva “Babilistanda Qaon ədəbiyyatı dövrü (VII-IX əsrlər) Saadi Qaonun fəaliyyəti” mövzusunda məruzə oxumuşdur. Məruzəçi Babilistanda VII-IX əsrlərdə yəhudi ədəbiyyatının sürətlə inkişaf etdiyini və bu ədəbiyyatın öz inkişafını X əsrin sonlarına qədər davam etdiyini vurğulamışdır. Babilistanda yəhudi ədəbiyyatının inkişafını davam etdirən ən görkəmli nümayəndəsi sayılan Saadi Qaonun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Məruzəşi qeyd etmişdir ki, bu ədəbiyyat özünün çiçəklənmə dövrünü VII-IX əsrlərdə yaşasa da, Saadi Qaonun fəaliyyəti, dini, fəlsəfi, dilçilik,poetik əsərləri Babilistanda yəhudi ədəbiyyatını daha da şöhrətləndirmişdir. Məhz onun fəaliyyəti nəticəsində yəhudi ədəbiyyatı Babilistanda X əsrin sonlarına qədər maraq dairəsində olmuşdur. Saad Qaonun zəngin poetik nümunələri ilə yanaşı ibri dilinin qrammatikasına həsr etdiyi 3 əsəri də mövcuddur. Saadi Qaoun “Tanax”ı ilk dəfə olaraq şərhlərlə ərəb dilinə tərcümə etmişdir Müasir dövrdə də müəllifin əsərləri tədqiq olunur.
Elmi seminar müəllim və tələbə heyətinin diskussiyaları ilə davam etmişdir.