Azərbaycanın Şərqşünas Qadınları
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycanın Şərqşünas Qadınları” mövzusunda elmi seminar keçirilmişdir.
Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyəti bu seminarı “Şərqşünaslıq günü”nə həsr etmişdir. Seminarda Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri dosent Təranə Hüseynbalayeva, fakültənin müəllimləri, tələbələr iştirak etmişdirlər. TEC üzvləri məhşur şərqşünas qadın ərəbşünas alimləri, professor Aida İmanquliyeva, akademik Gövhər Baxşəliyeva, iranşünas, professor Xanım Hatəmi, dosent Əsmətxanım Məmmədova, türkoloq alimlər, professor Jalə Əliyeva, dosent Aydan Xəndan kimi şərqşünaslarımız haqqında araşdırma və təqdimatlarını seminar iştirakçılarına nümayiş etdirmişdirlər.