Azərbaycanda ərəb dilçiliyinin inkişafı və bu sahədə elmi-tədqiqat işləri
7 Mart 2024 21:09

Şərqşünaslıq fakültəsində AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşının elmi seminarı keçirilib.
Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının təşkilatçılığı ilə AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d. Laura Orucovanın təqdimatında “Azərbaycanda ərəb dilçiliyinin inkişafı və bu sahəyə aid elmi-tədqiqat işləri” mövzusunda növbəti seminar keçirildi.
Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı tədbiri giriş sözü ilə açaraq məruzəçi haqqında seminar iştirakçılarına məlumat verdi, Laura xanımın XX əsrdə Azərbaycanda yaranan ərəbşünaslıq məktəbinin görkəmli nünayəndələrindən biri olduğunu, onun təcrübəsinin bütün auditoriya üçün maraqlı və faydalı olacağını bildirdi. Daha sonra söz f.ü.f.d. Laura Orucovaya verildi. O, mövzu ilə bağlı auditoriya qarşısında çıxış etdi, tələbəlik illəri, ərəb dilini ərəbşünaslıq məktəbinin banisi Ələsgər Məmmədovdan necə öyrəndikləri, daha sonra elmi fəaliyyəti, hal-hazırda AMEA -nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ərəb dilçiliyi sahəsində aparılan elmi-tədqiqatlar haqqında məlumatları seminar iştirakçıları ilə bölüşdü, müəllim və tələbələr tərəfindən verilən sualları cavablandırdı.
Tədbirin sonunda Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan Laura Orucovaya maraqlı məruzəyə görə təşəkkür etdi, bu cür görüşlərin həm müəllimlərimiz, həm də tələbələrimiz üçün çox əhəmiyyətli və vacib olduğunu bildirdi. Sonda xatirə şəkilləri çəkildi.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36