Azərbaycan və yapon dillərində tərz kateqoriyası
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli “Azərbaycan və yapon dillərində tərz kateqoriyası haqqında” məruzə ilə çıxış etmişdir. Elmi seminarda Azərbaycan və yapon dillərində tərz kateqoriyasının formalaşmasının tarixi və müasir dövrdə ifadə vasitələrinin müqayisəli tədqiqi araşdırılmışdır. Yapon dilində tərz kateqoriyasının tədqiqində rus və sovet yaponşünaslıarının baxışları nəzərdən keçirilmişdir. Məruzəçi Azərbaycan dilində tərz kateqoriyasının formalaşmasında türkoloqların və rus mütəxəssislərinin nöqteyi-nəzəri haqqında məlumat vermişdir. Elmi seminarda belə qənaətə gəlinmişdir ki, Azərbaycan və yapon dillərində tərz kateqoriyasının formalaşması təbiətcə daha yaxındır. Seminar diskussiyalarla davam etmişdir.