“Azərbaycan bayrağı - azadlığın və birliyin simvolu”
4 Noyabr 2024 15:53

Şərqşünaslıq fakültəsində “Azərbaycan bayrağı - azadlığın və birliyin simvolu” adlı tədbir keçirilib.
1 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə birinci kurs tələbələri ilə Dövlət Bayrağı Gününə həsr olunmuş Azərbaycan bayrağı - azadlığın və birliyin simvolu” adlı tədbir keçirilib. Tədbirdə ilkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Universitet Tələbə Gənclər Təşkilatının sədri Harun Mehdiyevə çıxış edərək, tədbiri açıq elan edib. Sonra, dövlət bayrağının təsis edilməsi haqqında məlumat verilib və mövzu ilə əlaqədar videoçarx nümayiş olunub. Tələbələr Azərbaycan Bayrağına həsr edilmiş şeirlər söyləyiblər. Tedbirin digər hissəsində isə işğaldan azad edilmiş torpağlarda ucaldılan bayraqlar haqqında videoçarx təqdim olunub.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36