”Ana harayı” abidəsi ziyarət olunub
25 Fevral 2023 21:57

Şərqşünaslıq fakültəsinin tələbələri "26 fevral Xocalı soyqırımı günü" ilə əlaqədar "Ana harayı" abidəsini ziyarət ediblər. 26 fevral 1992-ci il Azərbaycan xalqının tarixində ən ağrılı və qanlı səhifələrdən biri - Xocalı soyqırımı günüdür. Soyqırım qurbanlarının yad edilməsi Şərqşünaslıq fakültəsinin tələbələri üçün ən müqəddəs vəzifələrdən biridir. Bu il də hər il olduğu kimi fakültə tələbələri könüllülərin təşkilatçılığı ilə abidəyə ziyarət ediblər. Xocalı prospektindən abidəyə qədər yürüş edilib, abidə qarşısına güllər qoyulub, Xocalı qurbanlarının ruhu qarşısında ehtiram duruşu edilib. Fakültə tələbələrinin Ana abidəsinə ziyarəti Xocalı qurbanlarının heç zaman unudulmayacağına, ruhlarının əbədi olaraq hörmət və rəhmətlə anılacağına işarədir. Allah rəhmət eləsin.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36