Allah rəhmət eləsin !
Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının professoru Xeyri Əl-Abbasi Nəşət dünyasını dəyişib.
Əl-Abbasi 1963-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası MK-nın nəzdində Ali Partiya məktəbini bitirmişdir. 1966-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirmiş, 1983-cü ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
1967-ci ildən Ərəb filologiyası kafedrasında müəllim, 1984-cü ildən baş müəllim, 1989-cu ildən dosent vəzifələrində çalışmış, 2012-2020-ci illərdə professor kimi fəaliyyət göstərmişdir.
X.Abbasinin elmi fəaliyyəti əsasən ərəb dilinin nəzəri məsələləri, leksikologiya və dialektologiya ilə əlaqədar olmuşdur. 80-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifi olmuş, rəhbərliyi ilə iki əcnəbi və iki yerli elmlər namizədi hazırlanmışdır.