Aida İmanquliyevanın anım günü ilə bağlı dəyirmi masa
19 Sentyabr 2024 07:04

Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anım günü ilə bağlı dəyirmi masa keçirilib.
19 sentyabr görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk qadın professor Aida İmanquliyevanın anım günü kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də fakültənin 1962-ci il məzunu, o cümlədən ərəb ədəbiyyatı sahəsi üzrə böyük bir məktəbin əsasını qoyan, professor Aida xanımın xatırlanması onun təhsil aldığı fakültədə qeyd olundu. Ərəb filologiyası kafedrasında təşkil edilən dəyirmi masada kafedranın əməkdaşları və fakültə rəhbərliyi iştirak etdi. Kafedra müdiri, dos.Vüqar Qaradağlı dəyirmi masa ətrafında Aida İmanquliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat verdi. Aida xanımın fundamental əsərləri, ərəb ədəbiyyatının Azərbaycanda öyrənilməsinə verdiyi töfhələr barədə danışdı. Onun diqqətəlayiq elmi fəaliyyəti, insani keyfiyyətləri barədə qeyd etdi. Fakültə dekanı, dos. Aydan Xəndan, görkəmli alimin əbədiyaşar fəaliyyəti, onun yaratdığı elmi cərəyanının davam etməsinin zəruriliyi, xatirəsinin daim yaşadılması və müsbət örnəyin fakültə tələbələri üçün mayak rolu oynamasının vacibliyini bildirdi. Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova çıxış edərək, Aida İmanquliyevanın elmi fəaliyyətinin səciyyəvi cəhətləri, həmin dövrdə yaranıb inkişaf edən Azərbaycanda ərəb ədəbiyyatı tədqiqi məktəbinin formalaşmasındakı rolunu qeyd etdi. Bu məktəbin yaşadılması və inkişafı ilə bağlı işin genişləndirilməsini vurğuladı. Təkliflər səsləndirildi. Kafedra müdiri, dos.Vüqar Qaradağlı, Aida İmanquliyevanın həyat və fəaliyyəti ilə bağlı sənədli filmin siniflərdə nümayişinin tələbələrdə məlumatlılıq və bu istiqamətdə olan maraq baxımından təşviqedici mahiyyət daşıyacağını qeyd etdi. Kafedranın digər müəllimləri də çıxış edərək, Aida İmanquliyeva irsi ilə bağlı fikirlərini səsləndirdilər. Elmi işlər üzrə dekan müavini, dos. Nigar İsmayılzadə, Aida İmanquliyevanın insanı keyfiyyətləri, onun tərəf müqabilləri arasından mərhum akad. Vasim Məmmədəliyevin nəql etdiyi müsbət fikirləri qeyd etdi. Səmimiyyət və xeyirxahlıq mücəssiməsi kimi Aida İmanquliyeva rəhmətlə anıldı.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58