AGTA-nın sədri Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşüb
1 May 2025 12:55

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşüb.
30 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) və BDU könüllülərinin təşkilatçılığı ilə tərcümə sahəsində peşəkar görüş baş tutub. Gənc Tərcüməçilər Assosiasiyasının sədri və VERO Tərcümə Şirkətinin direktoru Əli Əhmədov ilə tələbələrin görüşü keçirilib.
Görüş səmimi və interaktiv formatda baş tutub. Görüşdə fakültənin dekan müavinləri də iştirak ediblər. Qısa təqdimatdan sonra söz spikerə verilib. Tərcümə təşkilatının sədri tələbələrə tərcümə sahəsinin gələcək inkişaf və tənəzzül perspektivləri barədə olan fikirləri inkişaf edən süni intellekt cərəyanı ilə əlaqəli şəkildə izah edib. Süni intellektin tərcümə sahəsində tətbiqi, onun bu sahədə insanları alternativləşdirməsi ilə bağlı xüsusi misallarla izahlar təqdim olunub. Müasir tərcümə bazarının vəziyyəti, insan tərcüməçilərinin fəaliyyətinin hazırkı forması, maşın və insan tərcümələri təması daxil olmaqla bir çox tərcüməşünaslıq məsələləri ətrafında danışılıb. Tələbələr suallar təqdim ediblər. Hazırda elmi sferada süni intellekt və tərcümənin əlaqəsi ilə bağlı tezislər ətrafında sual-cavab şəklində görüş davam etdirilib.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58