31 mart - Azərbaycanlıların Soyqırımı Günü
31 Mart 2024 11:03

Şərqşünaslıq fakültəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sənədli film nümayiş olunub.
Şərqşünaslıq fakültəsində “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” yad edilib. Tədbirdə fakültə rəhbərliyi və tələbələr iştirak ediblər. Əvvəlcə fakültənin dekan müavini Şahin Yusifli mart soyqırımı ilə bağlı çıxış edib. Soyqırımı ilə bağlı tarixi reallıq, qırğınların miqyası, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş etnik təmizləmə siyasəti, Ümummilli lider Heydər Əliyevin mart soyqırımına verdiyi siyasi qiymət barədə müfəssəl məlumatlar verilib. Sənədli film nümayiş olunub, tələbələrdə tarixi hüzn günü ilə bağlı məlumatlar təzələnib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36