“28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir
28 May 2025 06:50

Şərqşünaslıq fakültəsində “28 may - Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib.
26 may 2025-ci il tarixində Şərqşünaslıq fakültəsinin könüllü tələbələrinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.
İlkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri fakültənin dekan müavini Şahin Yusifli açıq elan edərək, XX əsrin əvvələrində yaranmış ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, müstəqillik uğrunda mübarizələr və bu yolda əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlər haqqında geniş məlumat vermişdir.
Tələbələr çıxış edərək, günün tarixi əhəmiyyəti barədə danışmış və müstəqillik ideyalarının yaşadılması üçün Azərbaycan gəncliyi üçün mesajlar səsləndirilmişlər.
Tədbir çərçivəsində Müstəqillik Gününə həsr olunmuş şeirlər səsləndirilib, eyni zamanda jurnalistika fakültəsində təhsil alan tələbələrin təqdimatında mövzuya dair mülahizələr və fikirlər səsləndirilmişdir.
Səmimi və maarifləndirici atmosferdə keçən tədbir, iştirakçılar arasında geniş marağa səbəb olmuş, sonda xatirə şəkli çəkilərək tədbir yekunlaşdırılmışdır.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58