“26 Fevral – Qan Yaddaşımız”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “26 Fevral – Qan Yaddaşımız” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Ardınca açılış nitqi ilə Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində acı yaddaş kimi qaldığını dilə gətirmiş,
Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxışında faciənin insanlıq əleyhinə cinayət kimi dəyərləndirilməsinin vacibliyini vurğulamış və şəhidlərin xatirəsinə ithaf olunmuş şeir səsləndirmişdir.
Tədbirdə Türk filologiyası kafedrasının baş müəllimi Güləhməd İmanov çıxış edərək Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışmışdır. Daha sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş.
xüsusi təsirli məqamlardan biri isə hər iki valideyni Xocalı sakini olan tarix fakültəsinin tələbəsi Aysel Quliyevanın çıxışı olmuşdur. O, valideynlərinin şahidi olduqları hadisələri tələbələrlə bölüşərək faciənin canlı yaddaşını auditoriyaya çatdırmışdır.
Tədbir Xocalı ilə bağlı daha bir videoçarxın nümayişi ilə davam etmiş və iştirakçılar faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.