21 fevral - Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 2025 14:39

Şərqşünaslıq fakültəsində "21 fevral - Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar tələbə təşkilatlarının tədbirləri keçirilib.
21 fevral dünya miqyasında "Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur. Əlamətdar günlə əlaqədar fakültə könüllüləri nəzdində fəaliyyət göstərən “Şərq Ölkələri Klubu"nun tədbiri keçirilib. Tədbirlərdə dekan müavini Şahin Yusifli və tələbələr iştirak ediblər. Tədbirin məqsədi ana dilinin qorunması, dil müxtəlifliyinin təşviqi və dünya xalqlarının dil irsinə diqqət çəkmək idi. Çıxışlar zamanı Azərbaycan dilinin inkişafı, mövcud vəziyyəti barədə çıxışlar, ədəbi nümunələr diqqətə çatdırılmaqla yanaşı, ərəb, fars, türk, urdu, çin və digər dillərdə çıxışlar edilb, bu dillərin tarixi, inkişafı və əhəmiyyəti vurğulanıb. Tədbir tələbələr arasında dil biliklərinin artırılmasına, multikultural dəyərlərin təşviqinə və müxtəlif xalqlara məxsus dillər haqda məlumat əldə etmək baxımından töhfə verib. İştirakçılar dilin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsi apardıqdan sonra tədbirlər sona çatdırılıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36