18 oktyabr - Müstəqilliyin Bərpası Günü
18 Oktyabr 2023 08:38

Şərqşünaslıq fakültəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə sənədli film nümayiş edilib.
18 oktyabr Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gündür. Xüsusi gün Şərqşünaslıq fakültəsində məlumatlılığın artırılması məqsədi ilə sənədli film şəklində tələbələrin diqqətinə çatdırılıb. Filmin nümayişindən əvvəl fakültənin dekanı, dos. Aydan Xəndan 18 oktyabr tarixi günü ilə bağlı, habelə müstəqilliyin dəyəri və azad ölkənin vətəndaşı olmanın üstünlükləri, milli müstəqillik tarixi barədə məlumat verib. Çıxışdan sonra tələbələr ölkənin son əlli ildə keçdiyi tarixi dövrlə bağlı faktlarla tanış olub, müstəqillik tariximizin memarı, Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı biliklərini dərinləşdiriblər.
Son XƏBƏRLƏR
26.01.2026 | 20:53
Şərqşünaslıq fakültəsində “Pakistan otağı”nın açılışı keçirilib
24.01.2026 | 20:55
Təhsil Millətin Gələcəyidir!
23.01.2026 | 16:37
BƏLAĞƏT AKADEMİYASI
22.01.2026 | 20:32
Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının əməkdaşı Pakistan İslam Respublikasının Lahor şəhərində elmi seminarda iştirak edib
16.01.2026 | 11:26