15 dekabr - Dünya Türk Dili Ailəsi Günüdür
15 Dekabr 2025 20:03

BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) 15 dekabr - Dünya Türk Dili Ailəsi Günü qeyd olunub.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, tarix boyu geniş coğrafiyada dövlətlər quran Türk dünyası siyasi və mədəni zənginliyə malikdir. 2025-ci il noyabrın 3-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən 43-cü Baş Konfransında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən 15 dekabrın Dünya Türk Dili Günü elan edilməsi təklifi irəli sürülüb. Bu təklif 21 üzv dövlət tərəfindən dəstəklənib. Bu təklifə uyğun olaraq 15 dekabr Beynəlxalq Türk Dili Günü kimi qəbul edilib: “Bu gün türk xalqlarının birliyi yalnız mədəni və tarixi yaxınlıqla məhdudlaşmır, eyni zamanda siyasi, iqtisadi və humanitar əməkdaşlıq istiqamətində konkret qurumlara əsaslanır. Türk Dövlətləri Təşkilatı (TDT), Türk Akademiyası, TÜRKSOY və digər təşkilatlar vasitəsilə ortaq tarix, ədəbiyyat, folklor və incəsənət sahələrində əməkdaşlıq gücləndirilir”.
2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını xatırladan Aydan Xəndan türkdilli ölkələrin alimləri qarşısında bu qurultayın önəmini, tarixçəsini, gizli məqamlarını araşdırmaq, təhlillər və yeni tədqiqatlar aparmaq kimi mühüm vəzifə dayandığını vurğulayıb.
Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36