Şərqşünaslıq fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib
06 may 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin Elmi Şurasının iclası keçirilmişdir. İclas, şura üzvlərinin iştirakı ilə Teams platforması vasitəsi ilə keçirilmişdir. Şərqşünasliq fakültəsinin dekanı, professor Elxan Əzizov iclası açıq elan edərək, gündəlikdə duran məsələlər barəsində məlumat vermişdir. Bundan sonra bilavasitə söz tədris işləri üzrə dekan müavini f.ü.f.d. Tərlan Məlikova verilmişdir. Dekan müavini cari semesterdə tədris prosesinin təşkil olunması, sənədləşdirmə işlərində aparılan yeniliklər, 2021/2022-ci tədris ili üçün kafedralar üzrə dərs yükünün bölgüsü ilə bağlı məsələləri nəzərə çatdırmışdır. Deyilən fikirlər üzərində kafedra müdirlərinin təklifləri əsasında fikir mübadiləsi aparılmışdır. Elmi işlər üzrə dekan müavini dos. Nigar İsmayılzadə fakültənin elmi fəaliyyətində yeniliklər, qarşıda icrası gözlənilən məsələlər barəsində məlumat vermiş, may ayında Ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə keçiriləcək magistr və gənc alimlərin konfrasının təşkilinin təfərrüatları, habelə çapı gözlənilən konfrans materialları haqqında məlumat vermiş, kafedralar tərəfindən elmi seminarların davamlı keçirilməsinin zəruriliyini qeyd etmişdir. Sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli vaksinasiya prosesi barədə statistik məlumatları təqdim etmiş, tədrisin bərpasında bu prosesə qarşı fakültə tərəfindən diqqətin artırılmasının vacibliyini qeyd etmiş, sosial yönümlü tədbirlərdə kafedra əməkdaşlarının daha aktiv iştirakının məqsədəuyğun olmasını bildirmişdir. Qeyd olunan məsələlər ətrafında müzakirələr aparıldıqdan sonra, iclas yekunlaşdırılmışdır.
|