“Tərcümə nəzəriyyəsinin aspektləri” adlı dəyirmi masa
7 Aprel 2022 19:00

06.04.2022-ci il tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsinin 100 illiyinə həsr edilmiş “Tərcümə nəzəriyyəsinin aspektləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Fakültənin Ərəb filologiyası kafedrasının müəllimi, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dos. Heybət Heybətov dəyirmi masanı açıq elan edərək, tərcüməşünaslıq elmi haqqında geniş məlumat vermişdir.
Dekan müavini dos.Nigar İsmayılzadə tələbələrə tərcümə vərdişlərinin, dil biliklərinin artırılması bağlı məsləhətlər vermiş, Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev, tərcümənin növləri, özünün geniş tərcümə fəaliyyəti və təcrübəsi haqqında danışmışdır, Ərəb filologiyası kafedrasının müəllimi Kamil Miriyev çıxış edərək “Tərcümədə frazeoloji birləşmələr” mövzusunda geniş məlumat vermişdir. Fakültə TEC-nin sədri Elnarə Həsənova çıxış edərək, Sami-Hami dil qrupuna aid olan ibri və ərəb dillərində tərcümə zamanı ortaya çıxan oxşar və fərqli cəhətlər haqqında danışmışdır. Bundan sonra tələbələrin sualları əsasında fikir mübadiləsi aparılmış, müzakirələr bitdikdən sonra dəyirmi masa işini yekunlaşdırmışdır.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36