Əməkdaşlarımız "Bakı Tərcümə Forumunda"
23 Sentyabr 2024 12:40

Şərqşünaslıq fakültəsinin əməkdaşları "Bakı Tərcümə Forumunda" iştirak ediblər.
22 sentyabr tarixində qlobal miqyasda 70 milyard dollar dəyərində qiymətləndirilən tərcümə sənayesinin əsas iştirakçılarını bir araya gətirən beynəlxalq Bakı Tərcümə Forumu keçirilib. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşəbbüsü ilə keçirilən forumda şərqşünaslıq fakültəsinin tərcüməçi-müəllimləri Şahin Yusifli, Rəşad Babayev və Eldost İbrahimov iştirak ediblər.
Forumun əsas məruzəçisi – “Nimdzi Insights” şirkətinin sədri Renato Beninatto süni intellektin tərcümə sahəsinə təsirindən danışıb. “AGTA 2.0” layihəsi çərçivəsində keçirilən bu forum dil xidmətlərindən istifadə edənləri, tərcümə şirkətlərinin sahibkarlarını, layihə rəhbərlərini, peşəkar tərcüməçiləri və akademikləri bir araya gətirməyi hədəfləyib. Layihə müvafiq sahədə əməkdaşlıq və yenilikləri təşviq edərək tərcümə sektorunun inkişafını təmin etməyə çalışıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36