“Akademik yazı qaydaları: Elmi məqalənin hazırlanmasına dair elmi - texniki tələblər”

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gəclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan dilçiliyi kafedrasının müəllimi, Filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazovun tələbələrlə “Akademik yazı qaydaları: Elmi məqalənin hazırlanmasına dair elmi - texniki tələblər” mövzusunda görüşü keçirilmişdir. Tədbirdə tələbələrə akademik yazının nəzəri və praktik aspektləri, akademik mətnlərin hazırlanması zamanı diqqət yetirilməli olan prinsiplər, elmi məqalənin mahiyyəti, strukturu, istifadə olunan terminologiya, elmi üslubun xüsusiyyətləri və mənbələrdən düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir. P.Eyvazovun təşkil etdiyi təlim tələbələr tərəfindən maraqla qaşılanmışdır