Tələbə həyatı

Şərqşünaslıq fakültəsi tələbələrinin elmi fəaliyyəti və ictimai həyatı ilə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Şərq ölkələri klubunun sədrləri məşğul olur.

 

Tələbə Elmi Cəmiyyəti:

tələbələrin elmi işə marağını tənzimləyir;

tələbə elmi konfranslarının təşkilində iştirak edir;

Şərq ölkələri ilə bağlı müxtəlif diskussiyalar təşkil edir.

 

Tələbə Gənclər Təşkilatı:

tələbələrin sosial problemlərinin həllində iştirak edir;

tələbələrin asudə vaxtlarının maraqlı keçməsi üçün tədbirlər təşkil edir;

tələbələrin hüququnu müdafiə edir;

Şərq ölkələrinin səfirləri və nümayəndə heyətləri ilə görüşlərə tələbələri cəlb edir;

müxtəlif mərasimlərdə tələbələrin iştirakını təmin edir.

 

Fakültə tələbələrinin elmi fəaliyyəti və ictimai həyatı ilə bağlı fəaliyyət göstərən təşkilatlarımızdan biri də Şərq ölkələri klubudur və o, BDU Könüllüləri Şərqşünaslıq fakültəsinin daxilində fəaliyyət göstərir. Klubun əsas məqsədi "Fakültəmizi tanıyaq" layihəsi çərçivəsində Şərqşünaslıq fakültəsinin tədris etdiyi ölkələrlə bağlı (Şərq ölkələri) gəncləri məlumatlandırmaq və maarifləndirməkdir. Bu yöndə müxtəlif tədbirlər həyata keçirilmişdir ki, buna Türkiyə gecəsi, Yaponiya gecəsi, Nitq müsabiqələri (ərəb, türk, ibri, urdu dilləri üzrə), ədəbi-mədəni kütləvi tədbirlər və sərgilər və.s kimi gecələri misal gətirmək mümkündür.

Klubun sədri: 4- cü kurs tələbəsi Ceylan Əliyeva, muavinlər isə Nərmin Nəcəfli, Fəridə İsayeva və  Ağa Rzazadədir.

Bundan əlavə, fakültə tələbələri bir çox Şərq ölkələrinin mədəniyyət mərkəzləri ilə əlaqə saxlayırlar, məqalələr yazırlar, onlara mədəniyyət mərkəzləri tərəfindən sertifikatlar verilir.

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Digər fakültələr kimi Şərqşünaslıq fakültəsi də Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatında fəaliyyət göstərir. Fakültədə fakültə sədri, müavinlər və aktiv üzvlər olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət