İslamşünaslıq elmi-tədqiqat mərkəzi

İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzi Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərir və rəhbəri professor Ə.C.Qurbanovdur. Bu mərkəz 1998-ci ildə Bakıda keçirilən «İslam sivilizasiyası Qafqazda » mövzusunda beynəlxalq simpoziumda Azərbaycanın ümumilli lideri Heydər Əliyevin dərin məna, məzmun və mündərəcə kəsb edən tarixi nitqində dediyi aşağıdakı uzun müddətli proqram xarakterli çıxışından sonra yaradılmışdır.

«…Azərbaycanda islamşünaslıq sahəsində XX əsr demək olar, tamam itirilmişdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Bu məqsədlə Azərbaycan Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi-tədqiqat institutları həmin sahə üçün xüsusi təşkilatlar, orqanlar və elmi mərkəzlər yaratmalıdırlar. Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar üçün hər cür şərait yaradacağam. Buna arxayın olun».

Mərkəzin əməkdaşları hazırda «Müstəqil Azərbaycanda dünyavi, hüquqi, demokratik dövlət hümanist, sivilizasiyalı və vətəndaş həmrəyliyi cəmiyyəti quruculuğunda islamın ümümbəşəri mənəvi dəyərlərinin rolu» mövzusunda iri həcmli layihə üzərində çox ciddi elmi – tədqiqat işləri ilə məşğul olurlar. Bu kontekstdə mərkəzin əməkdaşlarının, o cümlədən qurumun rəhbərinin tədqiqat xarakterli çoxsaylı məqalələri çap olunmuşdur. Belə məqalələrə «Islam və Heydər Əliyev fenomeni», «Heydər Əliyev Azərbaycanda islamşünaslıq elminin banisidir», «Islam beynəlxalq terrorizmin əleyhinədir», «İlham Əliyev və islam», «Radikal xarakterli dini təriqətlərin mahiyyəti» və s. mövzularda yazıları buna misal göstərmək olar.

Hazırda mərkəz «Islamşünaslığa aid terminlərin izahlı – ensiklopedik lüğət», «Islam və Heydər Əliyev fenomeni» adlı monoqrafiyanın nəşrə hazırlan­ması kimi məsul işlə məşğuldur.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət