GÜLÜSTAN QƏMBƏR QIZI HƏSƏNOVA

GÜLÜSTAN QƏMBƏR QIZI HƏSƏNOVA

GÜLÜSTAN QƏMBƏR QIZI HƏSƏNOVA

filologiya üzrə fəlsəfə doktoru, müəllim

Tel.: Tel.: +(994) 12 438 51 98

Email: [email protected]

Həsənova Gülüstan Qəmbər qızı

13 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-2004-cü illərdə Bakı şəhəri, Xətai rayonunda yerləşən 264 saylı məktəb-liseydə orta təhsil almışdır. 2004-2008-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsi Türk dili və ədəbiyyatı şöbəsinin bakalavr pilləsində, 2008-2010-cu illərdə magistr pilləsində təhsil almışdır. Hər iki pilləni fərqlənmə diplomu ilə bitirmişdir. Həsənova Gülüstan Qəmbər qızı 2011-ci ildən 2017-ci ilə kimi BDU-nun Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dissertantı olmuşdur. O, 2012-ci ildən 2017-ci ilədək Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Beynəlxalq əlaqələr və Biznesin inkişafı şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildə akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda “XX əsrin 40-cı illəri Türk poeziyasında yeni mərhələ kimi” (ixtisas 5717.01 Türk xalqları ədəbiyyatı) mövzusunda dissertasiya işini müdafiə edərək 08 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildən 2021-ci ilə qədər Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında saathesabı müəllim, 2021-ci ildən hal-hazıradək 0,5 ştat müəllim vəzifəsində çalışır.  O, 13 elmi əsərin müəllifidir. 

Elmi fəaliyyətlə yanaşı tədris prosesində də fəal iştirak edir. Həm bakalavr, həm də magistr pillələrində müxtəlif fənləri tədris edib. Hal hazırda, bakalavr pilləsində Türk dili  fənnini tədris edir.

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət