Filologiya elmləri doktoru, professor
İş telefonu: + (994) 12 438 51 98; 563 53 68
e-mail:[email protected]
QISA BİOQRAFİK MƏLUMAT
- 1954-cü il martın 3-də Naxçıvanda anadan olub
- 1960-1970-ci illərdə Naxçıvan şəhər orta-internat məktəbdə oxuyub
- 1971-1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb
- 1976-1979-cu və 1989-1995-ci illərdə Türkiyə Respublikasında tərcüməçi işləyib
- 1980-ci ildən BDU-da çalışır
- 2012-ci ildən Azərbaycan Milli Arxiv İdarəsinin rəis müavinidir
- Ailəlidir, üç övladı var
TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ELMİ ADLARI
- 2005, filologiya üzrə elmlər doktoru, “Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları”
- 1983, filologiya üzrə fəlsəfə doktoru, “Türk ədəbiyyatında oçerk janrı”
- 2007, professor
- 1986, dosent
- 1971-1976, tələbə, Şərqşünaslıq fakültəsi, BDU
ƏMƏK FƏALİYYƏTİ
- 2012 – h/h, rəis müavini, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi
- 2007– h/h, professor, Türk filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1986 –2006, dosent, Türk filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1989 – 1995, tərcüməçi-referent, Türkiyə Respublikası
- 1983 – 1986, baş müəllim, Türk filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1981–1983, müəllim, Türk filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1980 – 1981, baş laborant, Türk filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1976 – 1979, tərcüməçi, Türkiyə Respublikası
- 1970–1971, fəhlə, Naxçıvan şəhər su-kanalizasiya idarəsi
- Apardığı dərslər: Türk dili, Türk ədəbiyyatı, Türk filologiyasına giriş, Tərcümə nəzəriyyəsi, Türk dialektologiyası
- 100 elmi məqalə, 10 kitabın müəllifidir
TƏDQİQAT SAHƏSİ
- Türk dili və ədəbiyyatı
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2013, BakıI, Azərbaycan; “Yunus Emre” mövzusunda Respublika elmi konfransı
- 2008, Lefkoşe, Kipr; “Füzuli və Türk dünyası” elmi konfransı
- 2004, Bakı, Azərbaycan; “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” mövzusunda IX Respublika elmi konfransı
- 2003, Bakı, Azərbaycan; “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı
- 2002, Bakı, Azərbaycan; Prof.V.M.Məmmədəliyevin anadan olmasının 60 illik yubileyinə həsr edilmiş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı
- 2001, Bakı, Azərbaycan; Prof. M.M.Əlizadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2018, Bədii nitq sənədli ədəbiyyat janrı kimi. «Dil və ədəbiyyat» nəzəri, elmi - metodik jurnal. Bakı: BDU, 2006, № 1(49). S.96-99
- 2017, Orxan Pamukun bədii publisistikası. ADPU-nun xəbərləri, Bakı: 2004, №2, s.381-388
- 2017, Xitabət sənəti və türkçülük məfkurəsi. Filologiya məsələləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı: AAAM, 2004. s.186-196
- 2016, Çağdaş türk sənədli nəsrində Azərbaycan mövzusu. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı: BSU, «Mütərcim» TM NPM, 2004, № 1, s.105-112
- 2016, Yeni Türk edebiyyatında nesir kavramı. Yeni Türk Edebiyatı Dergisi, İstanbul, Ekim 2014, sayı 10, s.59-74
- 2015, İskəndər Palanın tarixi romanları. AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq filologiyası məsələləri (7-ci buraxılış), Bakı: MA Kompani, 2013. s.433-455
- 2014, Olduğu kimi görünən ustad. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri.Bakı, Şərq-Qərb, 2011
- 2009, Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümənin çətinlikləriDil və ədəbiyyat beynəlxalq elmi-nəzəri jurnal, Bakı, BDU, №3(63), 2008, s.11-15
- 2008, Türkiyə türkcəsi və Azərbaycan dili: qarşılıqlı anlaşma və tərcümə problemləri. AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq filologiyası məsələləri (3-cü buraxılış), Bakı: Əli Nəşriyyat Evi, 2007. s.539-568
KİTABLARI
- 2016, Müasir türk dili (rus dilində). Bakı, Elm və təhsil, 408 s.
- 2015, Tərcümə nəzəriyyəsi və təcrübəsi. Bakı, Elm və təhsil, 159 s.
- 2015, İzahlı Tükcə - azərbaycanca yalançı ekvivalentlər lüğəti Bakı, Elm və təhsil, 128 s.
- 2012, Türk dili (R.Ə.Rüstəmovun həmmüəllifliyi ilə). Bakı Universiteti nəşriyyatı, 408 s.
- 2007, Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili. Bakı, Nurlan NPM, 292 s.
- 2007, Türk dili (R.Ə.Rüstəmovun həmmüəllifliyi ilə) . Bakı, Nurlan NPM, 408 s.
- 2006, Dilmanc (şeirlər və poemalar) . Bakı, Nurlan NPM, 112 s.
- 2004, Türk sənədli-bədii nəsri. Bakı, Nurlan NPM, 428 s.
- 2000, Türkcə - Azərbaycanca – Rusca dilçilik terminləri lüğəti (R.Ə.Rüstəmov C.R.Rüstəmovanın həmmüəllifliyi ilə) Bakı Universiteti nəşriyyatı, 162 s.
- 1991, Türk dili (R.Ə.Rüstəmovun həmmüəllifliyi ilə) ). Bakı Universiteti nəşriyyatı, 216 s.
- 1989, Türk dili (R.Ə.Rüstəmovun həmmüəllifliyi ilə) ). Bakı Universiteti nəşriyyatı, 230 s.
- 1988, Azərbaycanca - Türkcə - Rusca dilçilik terminləri lüğəti (R.Ə.Rüstəmovun həmmüəllifliyi ilə), Bakı Universiteti nəşriyyatı, 115 s.