RAFAEL BABA OĞLU HÜSEYNOV

RAFAEL BABA OĞLU HÜSEYNOV

RAFAEL BABA OĞLU HÜSEYNOV

AMEA-nın həqiqi üzvü, akademik

Tel.: +(994) 12 510 49 48

Email: [email protected]

Hüseynov Rafael Baba oğlu

 

Akademik, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru
İş telefonu: +(994) 12 510 49 48

 

1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi AMEA Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.

Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cı ildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir. O, 1995–1998-ci illərdə Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmışdır.

 

Ədəbi fəaliyyəti 

Rafael Hüseynov ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efirdə səslənmişdir.

"Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur.

1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir.

 

Əsərləri

  • Vaxtdan uca. Bakı: İşıq, 1987, 363 səh.
  • 1002-ci gecə. Bakı: İşıq, 1988, 408 səh.
  • Məhsəti necə varsa. Bakı: Yazıçı, 1989, 336 səh.
  • Millətin zərrəsi. Bakı, "Azərbaycan", 2001
  • Məhsəti Gəncəvi-özü, sözü, izi. Bakı, "Nurlan", 2005
  • Əbədi Cavid. Bakı, "Nurlan", 2007
  • Cavidlər. Tehran: Dorsa, 2009.- 288 s.
  • Söz məbədi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı, "Araz", 2009
  • Госпожа Луна – Мехсети Гянджеви. Баку, "Элм", 2010
  • Yurdun adındakı can. Bakı, Elm, 2010
  • Hamısı ulduz. Musiqi tariximizin səhifələri. Bakı, "Elm və Təhsil", 2012
  • Söz heykəli. Bakı, "Elm və Təhsil", 2012
  • İmzamız. Sənət düşüncələri. Bakı, "Elm və Təhsil", 2012
  • Şirvan şairləri. Bakı, "Elm və Təhsil", 2012
  • Söz tək gözəl. Məhsəti haqqında monoqrafiya. Bakı, Şərq-Qərb" nəşriyyatı, 2013
  • Царица державы рубаи. Məhsəti haqqında monoqrafiya. Bakı, Şərq-Qərb" nəşriyyatı, 2013
  • Məhsəti Gəncəvi. Portret-oçerk. (21 dildə kitab — Azərbaycan, Azərbaycan dilində ərəb əlifbası ilə, rus, ingilis, türk, fransız, alman, italyan, ispan, tacik, fars, ərəb, koreya, yapon, indoneziya, norveç, yunan, hind, polyak, çex, ivrit, urdu dillərində). Bakı, "Şərq-Qərb", 2013
  • Sözün meracı (Azərbaycan ədəbiyyatının klassikləri haqqında). Bakı, 2014 "Elm və təhsil" (Rus dilində)

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət