Fərəcova Maya
Baş müəllim
İş telefonu: +(994) 12 510 49 48
e-mail:mayaaliqizi @ yahoo.com
QISA BİOQRAFİK MƏLUMAT
- 1945-ci ilin oktyabr ayının 3-də Şamxorda anadan olub
- 1954-65-ci illərdə şamxor şəhərinin 1 saylı orta məktəbində oxuyub
- 1965-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili mütərcimləri şöbəsində oxuyub
- 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır
- Bir oğlu var
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1965-1970-ci illər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi
ƏMƏK FƏALİYYƏTİ
- 1971-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetində çalışır
- 1972-ci ildən 1974-cü ilədək Əfqanıstan Respublikasında tərcüməçi vəzifəsində çalışıb
- 1988-ci ilin fevralından həmin ilin iyun ayınadək yenə də Əfqanıstanda tərcüməçi vəzifəsində çalışıb
- 1992-ci ildən hal-hazıradək BDU-nun baş müəllimidir
- 1980-1992-ci illərdə BDU-nun İran filologiyası kafedrasının baş laborantı vəzifəsində çalışmışdır
- 1971-1980-ci illərdə BDU-nun İran filologiyası kafedrasının laborantı vəzifəsində çalışmışdır
- Onlarca məqalənin və beynəlxalq kon məruzələrin müəllifidir
TƏDQİQAT SAHƏSİ
- Fars dili
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Tehran şəhərində İran İslam Respublikasının 25 illiyinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir
- İran İslam Respublikası, Urmiya şəhəri görkəmli Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə iştirak etmişdir
- İran İslam Respublikası Sari şəhəri; «Novruz» bayramna həsr olunmuş Beynəlxalq konfrans-festivalda məruzə ilə çıxış etmişdir
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2018l, BDU, «Fars dilində düzəltmə sifətlərin leksik-qrammatik xüsusiy-yətləri» mövzusunda məqalə (I hissə)
- 2017, BDU; «Fars dilində düzəltmə sifətlərin leksik-qrammatik xüsusiy-yətləri» mövzusunda məqalə (II hissə)
- 2016, Fars dilində mürəkkəb sifətlər haqqında Azərbaycan və İran dilçilərinin fikirləri //İran filologiyası məsələləri toplusu, Bakı, 2015, №2, səh 94-99
- 2015, Fars dilində mürəkkəb sifətlər haqqında müxtəlif dilçilərin fikirləri (müqayisəli şəkildə) //Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda Beynəlxalq Elmi konfransın materialları, BDU Şərqşünaslıq fakültəsi// Bakı, s., 62-64
- 2014, Fars dilində mürəkkəb sifətlərin müxtəlif quruluş modelləri //«Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası)»// Bakı, 2014, №2, səh 222-224
- 2013- «Fars dilində mürəkkəb sifətlərin müxtəlif quruluş modelləri». III hissə, filologiya məsələlri, №10, Nurlan nəşriyyatı, Bakı
- 2012- «Fars dilində mürəkkəb sifətlərin müxtəlif quruluş modelləri», II hissəsi, «Dil və ədəbiyyat», Beynəlxalq elmi-nəzəri jurnalı, 1-(81)
- 2011- «Fars dilində mürəkkəb sifətlərin müxtəlif quruluş modelləri», I hissəsi, «Dil və ədəbiyyat», Beynəlxalq elmi-nəzəri jurnalı, 4-(80)
- 2011-«Səbizevar dialektinin bəzi fonetik xüsusiyyətləri haqqında», Azərbaycanın görkəmli şərqşünas alimi, əməkdar elm xadimi, professor M.Əlizadənin 100 illik yubileyinə həsr olunmuş «Şərq filologiyasının aktual problemləri» mövzusunda Respublika elmi konfransının materialları
- 2010-«Сложные прилагательные в современном персидском языке», II hissəsi, «Dil və ədəbiyyat», Beynəlxalq elmi-nəzəri jurnalı, 3-(74)
- 2007, İran İslam Respublikası, Urmiya şəhəri; «Xaqanişünaslıq» beynəlxalq elmi konfransdakı məruzənin tezisləri
- 2006, BDU, «Azərbaycan Respublikası və beynəlxalq münasibətlər» konyransındakı «Ustad Şəhriyarın 100 iliyi qarşısında» mövzusunda məruzəsinin tezisləri
- 2005- «Сложные прилагательные в современном персидском языке», I hissəsi, «Dil və ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnalı, 5-(71)
- 2004-cü ildə BDU-da keçirilən konfransdakı məruzənin tezisləri
- 2004-cü ildə Tehran şəhərində İran İslam İnqlabının 25-illiyinə həsr olunmuş beynəlxalq konfransındakı «İran İslam Respublikasında İslam inqlabından sonrakı elmi və mədəni sahələrdəki inkişaflar» mövzusundakı məruzənin tezisləri
- 2003-cü ildə İran alimi doktor Vəfainin məruzələrinə münasibətini bildirən məqalə