Məmmədzadə Cavanşir Nadir oğlu
İran filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru
İş telefonu: +(994) 12 510-49-48
email: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
• 27 may 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur
• 1989-2000-ci illərdə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil almışdır
• 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Fars dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almış və bakalavriaturanı fərqlənmə diplomu ilə bitirmişdir
• 2006-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Fars ədəbiyyatı” ixtisaslaşması üzrə təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir
• 2008-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmişdir
• 2011-2015-ci illərdə fəlsəfə doktoru proqramı üzrə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının dissertantı olmuşdur
• 2014-2020-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Elmi Şurasının üzvü olmuşdur
• 2010-cu ildən Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin “İran filologiyası məsələləri” elmi nəşrinin məsul katibidir
• 2013-cü ildən Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının üzvüdür
• 2006-cı ildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fars dili fənni üzrə ekspertidir
• Türk, ingilis, rus, fars, tacik, dəri dillərini bilir
• Evlidir
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
• 26 may 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun FD 1.18 Dissertasiya şurasında “İranda “Yeni şeir” in inkişafında Foruğ Fərruxzadın rolu” mövzusunda 5718.01 - Dünya ədəbiyyatı (fars ədəbiyyatı) ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir
• Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15 aprel 2022-ci il tarixli qərarı ilə 5718.01 - Dünya ədəbiyyatı (fars ədəbiyyatı) ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
İXTİSASARTIRMA VƏ TƏCRÜBƏKEÇMƏ
• 23.07.2007 - 23.08.2007-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Əllamə Təbatəbai Universitetində fars dili və ədəbiyyatı üzrə 57-ci beynəlxalq ixtisasartırma kursunda iştirak etmişdir
• 18.12.2007 - 29.02.2008-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İkinci (Şərq) Ərazi İdarəsinin Orta Şərq şöbəsində təcrübə keçmişdir
• 23.08.2015 - 28.08.2015-ci il tarixlərində İran İslam Respublikasının Təbriz şəhərində Təbriz Universitetində fars dili və ədəbiyyatı üzrə III ixtisasartırma kursunda iştirak etmişdir
ƏMƏK FƏALİYYƏTİ
•16.01.2006-cı il Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasında laborant
•1.12.2010-cu il Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasında müəllim
• 25.02.2014 - 6.10.2020-ci il tarixlərində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini
• 6.01.2016-cı il Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasında baş müəllim
TƏDQİQAT SAHƏSİ
İran filologiyası, Fars dilçiliyi, Tərcümə nəzəriyyəsi, Əski Azərbaycan yazısı, Fars ədəbiyyatı tarixi, Fars ədəbiyyatı nəzəriyyəsi, İranın mədəniyyət və incəsənət tarixi
BEYNƏLXALQ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAK
1. “Fars dilinin tədrisinin aktual məsələləri” mövzusunda beynəlxalq simpozium, 23 iyul 2007-ci il, Tehran şəhəri
2. “Fars dilinin tədrisinin aktual məsələləri” mövzusunda beynəlxalq seminar, 26 iyul 2007-ci il, Save şəhəri
3. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans, 30-31 oktyabr 2009-cu il, Bakı şəhəri
4. “İran və Qafqaz: mədəni və tarixi əlaqələr” adlı beynəlxalq elmi konfrans, 9-12 iyun 2010-cu il, Tbilisi şəhəri
5. Fars dili və ədəbiyyatı müəllimlərinin VII beynəlxalq konfransı, 10-17 yanvar 2011-ci il, Tehran şəhəri
6. “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans, 1-2 iyun 2011-ci il, Bakı şəhəri
7. “Fars dili: dünən, bu gün, sabah (Qazaxıstan, Mərkəzi Asiya və Qafqazda)” mövzusunda beynəlxalq elmi konfrans, 1-2 iyun 2012-ci il, Almatı şəhəri
8. Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları - Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans, 27-28 iyun 2013-cü il, Bakı şəhəri
9. “Şərq cəmiyyətləri: ənənə və müasirlik” MDB ölkələri gənc şərqşünaslarının II qurultayı, 11-14 noyabr 2013-cü il, Bakı şəhəri
10. Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans, 10-11 oktyabr 2014-cü il, Bakı şəhəri
11. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı, 17-18 aprel 2015-ci il, Bakı şəhəri
12. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı, 29-30 aprel 2016-cı il, Bakı şəhəri
13. “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans, 14-15 noyabr 2016-cı il, Bakı şəhəri
14. AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans, 16-17 oktyabr 2017-ci il, Bakı şəhəri
15. XX əsr fars poeziyasının tanınmış qadın siması Pərvin Etesaminin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi festival, 15-16 mart 2019-cu il, Təbriz şəhəri
16. “New world. New language. New thinking” III beynəlxalq elmi-praktik konfrans, 5 fevral 2020-ci il, Moskva şəhəri
17. “Scientific Achievements of Modern Society” adlı VII beynəlxalq elmi-praktik konfrans, 4-6 mart 2020-ci il, Liverpul şəhəri
18. “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli ozünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans, 23-25 dekabr 2020-ci il, Bakı şəhəri
19. “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans, 8 oktyabr 2021-ci il, Bakı şəhəri
20. “Mövlananın irfani düşüncəsində vəhdət və biganəlik” mövzusunda IV beynəlxalq Mövlana konfransı, 11 oktyabr 2021-ci il, Ərdəbil şəhəri
21. “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda beynəlxalq elmi konfrans, 28-29 oktyabr 2021-ci il, Sumqayıt şəhəri
22. Dahi Azərbaycan şairi N.Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans, 25-27 noyabr 2021-ci il, Bakı şəhəri
23. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans, 23-24 dekabr 2021-ci il, Bakı şəhəri
24. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda V beynəlxalq elmi konfrans, 28 aprel 2022-ci il, Bakı şəhəri
RESPUBLİKADA KEÇİRİLMİŞ ELMİ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAK
1. Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş magistrant və gənc alimlərin “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı, 2008-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
2. Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı, 06-07 oktyabr 2009-cu il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
3. “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı, 15-17 aprel 2010-cu il, Bakı şəhəri, Azərbaycan Dillər Universiteti
4. Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş “Klassik Azərbaycan filologiyası və müasir problemlər” mövzusunda Respublika elmi konfransı, 10-12 may 2010-cu il, Bakı şəhəri, Azərbaycan Dövlət Pedaqoji Universiteti
5. “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda IX Respublika elmi-praktik konfransı, 17-18 dekabr 2010-cu il, Bakı şəhəri, Bakı Slavyan Universiteti
6. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransı, 09 dekabr 2011-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
7. Azərbaycanın görkəmli şərqşünas alimi, professor Mübariz Əlizadənin 100 illik yubileyinə həsr olunmuş “Şərq filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransı, 28-30 dekabr 2011-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
8. Görkəmli Azərbaycan alimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı, 14-15 noyabr 2012-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
9. Gənc alimlərin II Elm festivalı çərçivəsində “Müasir şəraitdə Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr” mövzusunda Respublika elmi konfransı, 05-07 mart 2013-cü il, Bakı şəhəri, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
10. Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı, 19-20 dekabr 2013-cü il, Bakı şəhəri, Azərbaycan Dillər Universiteti
11. Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı, 2014-cü il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
12. Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı, 24-25 may 2016-cı il, Bakı şəhəri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
13. “İslam həmrəyliyi - 2017: reallıqlar və perspektivlər” mövzusunda Respublika elmi-metodik konfransı, 25-26 aprel 2017-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
14. Klassik fars şairi Hafiz Şirazinin anım günü münasibətilə “İranla Azərbaycan Respublikasının mədəni-ədəbi əlaqələrində fars dilinin rolu və əhəmiyyəti” mövzusunda elmi konfrans, 19 oktyabr 2017-ci il, Bakı şəhəri
15. Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı, 24-25 oktyabr 2017-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
16. Şərqşünaslıq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı, 27-28 dekabr 2017-ci il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
17. Azərbaycanda müasir ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı, 18-19 dekabr 2019-cu il, Bakı şəhəri, Bakı Dövlət Universiteti
18. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfransı, 23 dekabr 2021-ci il, Bakı şəhəri, Azərbaycan Dillər Universiteti
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kitablar:
- Fars əlifbasının tədrisi (dərs vəsaiti). Bakı: “Nafta-Press” nəşriyyatı, 2013, 126 səh.
Məqalə və konfrans materialları:
1 . Sadiq Hidayət və fars təranələri // Bakı: “Nöqtələr” ədəbi toplusu, 2004. № 8, s. 96-101
2. Fars dilində ərəb alınmaları (tarixi aspektdə) // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2006. № 4, s. 152-158
3. Foruğ Fərruxzadın həyat və yaradıcılığı // Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş magistrant və gənc alimlərin “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfransının materialları, Bakı: Bakı Universiteti, 2008, s. 3-5
4. Fars dilində Avropa mənşəli alınma sözlər haqqında // Bakı: Filologiya məsələləri, 2009. № 8, s. 450-461
5. Əmiri Firuzkuhinin həyat və yaradıcılığı // Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Nurlar, 2009, s. 88-91
6. Foruğ Fərruxzadın “Yeni təvəllüd” ("تولد دیگر") toplusu // Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı: Bakı Universiteti, 30-31 oktyabr, 2009, s. 473-475
7. Foruğ Fərruxzadın yaradıcılığında qadın mövzusu // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2010. № 1, s. 193-199
8. Foruğ Fərruxzadın “Əsir” məcmuəsi // Bakı: İran filologiyası məsələləri, 2010. № 1, s. 284-316
9. Foruğ Fərruxzadın kino yaradıcılığı // Bakı: “Azərbaycan Şərqşünaslığı”, 2010. № 1(3), s. 25-29
10. Müasir fars ədəbi dilində ingilis alınmaları // Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə ali məktəbimizə universitet statusu verilməsinin 10 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” III Respublika elmi konfransının materialları, Bakı: ADU, 15-17 aprel, 2010, s. 98-102
11. Mikayıl Müşfiqin “Həyat sevgisi” şeiri // “Klassik Azərbaycan filologiyası və müasir problemlər” mövzusunda Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı: ADPU, 2010, s. 143-150
12. Fars əlifbasının səciyyəvi xüsusiyyətləri // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2011. № 1, s. 243-250
13. " تلمیحات در قصیدۀ مادر می رودکی " // Bakı: İran filologiyası məsələləri, 2011. № 2, s. 190-206
14. Fars dilinin danışıq səsləri // Azərbaycanın görkəmli şərqşünas alimi, Əməkdar elm xadimi, professor Mübariz Əlizadənin 100 illik yubileyinə həsr olunmuş “Şərq filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Bakı Universiteti, 28-30 dekabr, 2011, s. 52-58
15. 1950-ci illər fars poeziyasının səciyyəvi xüsusiyyətləri haqqında // Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materialları, Bakı: Bakı Universiteti, 2011, s. 210-212
16. Fars dilində işlənən qayıdış alınmalar haqqında // “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları, Bakı: Zərdabi LTD, 1-2 iyun, 2011, s. 202-203
17. Foruğ Fərruxzadı Purandan sordum... // Bakı: Azərbaycan şərqşünaslığı, 2011. № 1 (5), s. 20-23
18. Müasir fars ədəbi dilində fransız sözləri // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2012. № 2, s. 208-215
19. Müasir fars poeziyasında yeni məzmun əsaslarının formalaşması // Görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Bakı Universiteti, 14-15 noyabr, 2012, s. 188-191
20. Azərbaycan Respublikasında fars dilinin öyrənilməsinin müasir vəziyyəti // “Fars dili: dünən, bugün və sabah (Qazaxıstan, Mərkəzi Asiya və Qafqazda)” regional elmi konfransın materialları, Almatı: 1-2 iyun, 2012, s. 50-51
21. Mikayıl Müşfiqin “Tar”ı // Gənc alimlərin II Elm festivalı çərçivəsində “Müasir şəraitdə Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr” adlı gənc alimlərin Respublika elmi konfransının materialları, Bakı: AZTU, 5-7 mart, 2013, s. 30-33
22. Foruğ Fərruxzadın “Üsyan” toplusu // Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları - Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı: Bakı Çap Evi, 27-28 iyun, 2013, s. 202-204
23. İranda “Yeni şeir”in yaranması // Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının materialları, Bakı: Mütərcim, 19-20 dekabr, 2013, s. 227-229
24. Foruğ Fərruxzadın ömür yolu // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2014. № 1, s. 188-197
25. Fars dilinin orfoqrafiya və orfoepiyası haqqında qeydlər // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2014. № 4, s. 152-158
26. Foruğ Fərruxzadın yaradıcılığı // Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın materialları, Bakı: Elm, 10-11 oktyabr, 2014, s. 243-249
27. Foruğ Fərruxzad yaradıcılığının üslub xüsusiyyətləri // Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Nurlar, 2014, s. 140-141
28. İranda fars poeziyası 1920-30-cu illərdə // Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş gənc tədqiqatçıların III beynəlxalq elmi konfransının materialları, Bakı: Şərq-Qərb, 17-18 aprel, 2015, s. 872-873
29. Foruğ Fərruxzadın yaradıcılığında “Yeni təvəllüd” // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2016. № 1, s. 192-197
30. İranda “Yeni şeir”in formalaşmasında Nima Yuşicin rolu // Bakı: İlahiyyat fakültəsinin Elmi məcmuəsi, 2016. № 25, s. 303-318
31. К вопросу о формировании «Нового стиха» в иранской поэзии // Тольятти: Балтийский гуманитарный журнал, 2016. № 2 (15), c. 46-49
32. Foruğ Fərruxzadın “İnanaq soyuq fəslin başlanacağına” toplusu // Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransının materialları, Bakı: Qafqaz Universiteti, 29-30 aprel, 2016, s. 1098-1099
33. Foruğ Fərruxzadın “Ev qaradır” filmi // Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının materialları, Bakı: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 24-25 may, 2016, s. 180-182
34. Müasir fars dilinin lüğət tərkibinin zənginləşməsində Azərbaycan-türk sözlərinin rolu // “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın materialları, Bakı: Elm və təhsil, 14-15 noyabr, 2016, s. 233-238
35. 1950-1960-cı illər fars poeziyası // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2017. № 2, s. 32-43
36. Foruğ Fərruxzad yaradıcılığında bəşəri həmrəyliyin tərənnümü // “İslam həmrəyliyi - 2017: reallıqlar və perspektivlər” mövzusunda Respublika elmi-metodik konfransının materialları, Bakı: Bakı Universiteti, 25-26 aprel, 2017, s. 168-169
37. Foruğ Fərruxzadın məhəbbət lirikası // Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfransın tezisləri, Bakı: Elnar-2016, 16-17 oktyabr, 2017, s. 106
38. Foruğ Fərruxzad yaradıcılığında xatirə motivlərinin əksi // Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının materialları, Bakı: Bakı Universiteti, 24-25 oktyabr, 2017, s. 144-146
39. Foruğ Fərruxzad şeirinin vəzni // Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Bakı Universiteti, 27-28 dekabr, 2017, s. 94-96
40. Foruğ Fərruxzadın ictimai-siyasi lirikası // Bakı: Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2018. № 4, s. 71-78
41. Система рифмования стихов у Форуг Фаррухзад // Ужгород: Закарпатськɪ фɪлологɪчнɪ студɪï, 2018. № 4, c. 121-126
42. Foruğ Fərruxzadın məhəbbət lirikası // Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfransın materialları, Bakı: Papirus NP, 16-17 oktyabr, 2018, s. 421-426
43. Foruğ Fərruxzadın fəlsəfi lirikası // Bakı: Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, 2019. № 2 (110), s. 276-278
44. “Yeni şeir”də simvolizm (F.Fərruxzadın yaradıcılığı əsasında) // Azərbaycanda müasir ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Elm və təhsil, 18-19 dekabr, 2019, s. 106-107
45 . Художественное время и художественное пространство в поэзии Форуг Фаррухзад // “New world. New language. New thinking” Сборник материалов III международной научно-практической конференции, Москва: 5 февраля, 2020, с.75-78
46. Художественное время и художественное пространство в поэзии Форуг Фаррухзад // “Scientific Achievements of Modern Society” VII International Scientific and Practical Conference, Liverpool: Cognum Publishing House, 4-6 March, 2020, p. 667-671
47. Foruğ Fərruxzad yaradıcılığında ənənə və novatorluq // “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli ozünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı: Elm və təhsil, 23-25 dekabr, 2020, s. 167-168
48. Nizami Gəncəvi minacatlarında dini işarələr // “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı: Elm, 8 oktyabr, 2021, s. 113-114
49. Mövlana Cəlaləddin Rumi şəxsiyyətinin Azərbaycanda öyrənilməsinə dair // “Mövlananın irfani düşüncəsində vəhdət və biganəlik” mövzusunda IV beynəlxalq konfransın məqalələr toplusu, Ərdəbil: Ərdəbil Mühəqqiq Universiteti, 11 oktyabr, 2021, s. 608-614
50. Nizami Gəncəvi dilində antik dillərə məxsus alınmalar haqqında // “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” beynəlxalq elmi konfransın materialları, Sumqayıt: Sumqayıt Dövlət Universiteti, 28-29 oktyabr, 2021, s. 247-250
51. Nizami Gəncəvi “Xəmsə”sində minacatın məzmun xüsusiyyətləri // “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı: Elm və təhsil, 25-27 noyabr, 2021, s. 209-211
52. Nizami Gəncəvi dilinin tədqiqinə dair // “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” beynəlxalq elmi konfransın materialları, Bakı: Bakı Dövlət Universiteti, 23-24 dekabr, 2021, s. 21-22
53. Fars dilində tərcümə prosesində konteksin rolu // Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika elmi-praktik konfransının tezislər toplusu, Bakı: Sim-sim Press, 23 dekabr, 2021, s. 145-146
Elmi redaktoru olduğu əsərlər:
1. İbrahimov S.M. İran, Əfqanıstan, Tacikistan ədəbiyyatı (XIII əsrədək) / – Bakı: Ağrıdağ, – 2011. – 376 s.
Rəyçisi olduğu əsərlər:
1. Mahmudova L.H. Fars dili (III və IV kurs tələbələri üçün dərslik) / – Bakı: Elm və təhsil, – 2015. – 408 s
2. Tarverdiyev M.Ə. N.Gəncəvinin “Xosrov və Şirin” əsərində feil kökünün leksik-qrammatik funksiyası / – Bakı: Nafta-Press, – 2021. – 176 s
TƏLTİFLƏR
• 29 iyun 2005-ci ildə Şərqşünaslıq fakültəsinin ən yaxşı tələbəsi kimi oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə, ictimai fəallığına görə və məzun günü münasibətilə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar elm xadimi, akademik A.M.Məhərrəmov tərəfindən “Fəxri fərman” və valideynə “Təşəkkür məktubu” ilə təltif olunmuşdur
• 22 avqust 2007-ci ildə Əllamə Təbatəbai Universitetində fars dili və ədəbiyyatı üzrə 57-ci beynəlxalq ixtisasartırma kursunu başa vurması haqqında müvəffəqiyyət sertifikatı əldə etmişdir.
• 2008-ci ildə magistratura pilləsində əldə etdiyi yüksək təhsil göstəricilərinə görə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar elm xadimi, akademik A.M.Məhərrəmov tərəfindən valideynə “Təşəkkür məktubu” ilə təltif olunmuşdur.
• 31 dekabr 2008-ci ildə döyüş hazırlığında və hərbi intizamda əldə etdiyi yüksək nəticələrə görə, 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə N saylı hərbi hissə komandiri, polkovnik-leytenant Z.Həsənov tərəfindən “Fəxri fərman”la təltif edilmişdir.
• 20 mart 2009-cu ildə müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində öz xidməti və vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirdiyinə görə N saylı hərbi hissə komandiri, polkovnik-leytenant Z.Həsənov tərəfindən valideynlərə ünvanlanmış “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
• 19 aprel 2010-cu ildə “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransının işində fəal iştirakına və məzmunlu məruzəsinə görə Azərbaycan Dillər Universitetinin rektoru, professor S.İ.Seyidov tərəfindən təşəkkür elan edilmişdir.
• 2010-cu ilin aprel ayında “Novruz - 1” - I fars dili və ədəbiyyatı olimpiadasında münsif kimi fəaliyyətinə görə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İ.Nuri tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
• 17-18 dekabr 2010-cu ildə “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” IX Respublika elmi-praktik konfransında məzmunlu çıxışına görə Bakı Slavyan Universitetinin rektoru, akademik K.M.Abdullayev tərəfindən “Diplom”la təltif edilmişdir.
• 2012-ci ilin aprel ayında “Novruz - 3” - III fars dili və ədəbiyyatı olimpiadasında münsif qismində fəaliyyətinə görə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İ.Nuri tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
• 2014-cü ilin mart ayında “Novruz - 4” - IV fars dili və ədəbiyyatı olimpiadasında münsif kimi iştirak etdiyinə, fars dili və ədəbiyyatının inkişafında yorulmaz elmi fəaliyyətinə görə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İ.İbrahimi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir.
• 15 dekabr 2014-cü ildə Bakı Dövlət Universitetinin 95 illik yubileyi və Həmkarlar İttifaqı işində yaxından iştirakı nəzərə alınaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev tərəfindən “Fəxri fərman”la təltif olunmuşdur.
• 28 avqust 2015-ci ildə Təbriz Universitetində fars dili və ədəbiyyatı üzrə ixtisasartırma kursunu başa vurması haqqında müvəffəqiyyət sertifikatı əldə etmişdir.
• 2016-cı ilin may ayında “Novruz - 5” - V fars dili və ədəbiyyatı olimpiadasında münsif qismində fəal iştirakına, fars dili və ədəbiyyatının tədrisində və inkişafında məhsuldar elmi fəaliyyətinə görə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İ.İbrahimi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
• 16 mart 2019-cu ildə Pərvin Etesaminin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi festivalda məqaləsi üstün bilinən dörd nəfər məruzəçidən biri kimi
• 25 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Təhsil naziri C.Bayramovun K-1768 nömrəli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
• 5 fevral 2020-ci ildə Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın təşkilatçılığı ilə keçirilmiş “New world. New language. New thinking” III beynəlxalq elmi-praktik konfransdan müvəffəqiyyət sertifikatı əldə etmişdir.
• 23-24 dekabr 2021-ci ildə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməsi barədə sertifikat təqdim olunmuşdur.