Eyvazova Könül İmran qızı
Filologiya üzrə fəlsəfə doktoru, b/m
İş telefonu: +(994) 12 439 07 34
QISA BİOQRAFİK MƏLUMAT
- 1978-ci il iyulun 16-da Bakıda anadan olub
- 1995-ci ildə Bakı şəhəri 56 saylı orta məktəbi bitirib
- 1995-1999-cu illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsinin bakalavr pilləsində təhsil alıb
- 1999-2001-ci illərdə BDU Şərqşünaslıq fakültəsi Ərəb filologiyası şöbəsinin magistraturasında təhsil alıb
- 2001-ci ildən etibarən BDU Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasında müəllim vəzifəsində işləyir
- 2003-2007-ci ilərdə BDU-nun dissertanturasında təhsil alıb
- Ailəlidir, üç övladı var
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2017, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktorantı
- 2007, filologiya üzrə fəlsəfə doktoru, "XX əsrdə Azərbaycanda ərəb dilçiliyinin təşəkkülü və inkişafı"
- 2003-ci ildən BDU-nun dissertantı
- 1999-2001, magistratura, Şərqşünaslıq fakültəsi, BDU
- 1995-1999, bakalavr pilləsi üzrə tələbə, Şərqşünaslıq fakültəsi, BDU
- 40-dan artıq elmi məqalə və tezisin, 1 biblioqrafiya və 1 kitabın müəllifidir
ƏMƏK FƏALİYYƏTİ
- 2001-h/h., müəllimi, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 2002-2004-cü illərdə İslam İnkişaf Bankının Azərbyaycanda keçirilən treyninq kurslarında –tərcüməçı (ərəb, ingilis, rus)
- 2003-2005. Azərbaycan Beynəlxalq Elmlər Akademiyasında – texniki fənnlər üzrə sinxron tərcüməçi (ərəb dili)
TƏDRIS ETDIYI FƏNNLƏR: ərəb dili və yazılı tərcümə
TƏDQİQAT SAHƏSİ
- Ərəb dilinin müxtəlif səviyyələrdə tədrisi, Azərbaycanda ərəb dilçiliyinin tədqiqi, Azərbaycanda ərəbşünaslıq, ingilis dilinin lüğət tərkibində ərəb mənşəli sözlər, türk dilinin lüğət tərkibində ərəb mənşəli sözlər, ərəb dilinin terminologiyası, ərəb ölkələrinin iqtisadiyyatı, mədəniyyəti
ELMI ƏSƏRLƏRİ
- 2018, Ərəb yazısının mənşəyi. Risalə- elmi araşdırmalar jurnalı, Bakı
- 2017. Ərəb dilinin türk dilinin lüğət tərkibinə təsiri tarixi haqqında
- 2017, “İslam həmrəyliyi – 2017: Reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-metodik konfransının materialları . 25-26 aprell. Bakı, s. 119-120
- 2017.Ərəb yazısının yaranması ilə bağlı nəzəriyyələr haqqında. Şərqşünaslıq fakültəsinin 95 illiyi ilə bağlı konfrans materialları, Bakı
- 2016. Türk dilinin lüğət tərkibinə ərəb dilinin təsiri. Gənc türkoloqların I Türkoloji Qurultayının 90 illiyinə həsr olunmuş “Müasir türkoloji tədqiqatlar: Problemlər və perspektivlər ” mövzusunda Beynəlxalq Elmi Konfransın Materialları., Bakı, 2016, s. 7-8.
- 2015. Ərəb dili terminologiyası sahəsində tədqiqat aparan elmi müəssisələrin fəaliyyəti haqqında. BDU İlahiyyat fakültəsinin elmi məcmuəsi, №23, Bakı, 2015, s. 385-393.
- 2014. XX əsrdə Azərbaycanda ərəb dilinə aid lüğətlər haqqında. “İpək yolu” jurnalı, Bakı, 2014, №1, s.126-130
- 2014. XX əsrdə Azərbaycanda ərəb dilinin tədrisinə dair proqramlar haqqında. “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №1 (89), Bakı, 2014, s.300-302
- 2013. Akademik V.M.Məmmədəliyevin elmi fəaliyyəti. Akademik V.M.Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” beynəlxalq elmi konfransın materialları, Bakı, 2013, s.11-13
- 2013. Ərəb dilçiliyində terminologiya elminin inkişafına qısa nəzər. Akademik V.M.Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” beynəlxalq elmi konfransın materialları, Bakı, 2013, s. 24-26
- 2013. Orta əsrlərin son dövrlərindən XX əsrin əvvəllərinə qədər Azərbaycanda ərəb dilçiliyi. BDU- İlahiyyat fakültəsinin elmi məcmuəsi, Bakı, 2013 (dekabr), №20, s.223-229
- 2012. Ərəb dili terminologiyası sahəsində tədqiqat aparan elmi müəssisələr. Akademik V.M.Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları, Bakı, 2012, s. 54-55
- 2011. Ərəb dilinə aid lüğətlər haqqında. “Yaxın və Orta Şərq: dünən, bu gün və sabah” beynəlxalq elmi konfrans materiallari- “Elmi araşdırmalar” elmi-nəzəri məqalələr toplusunun buraxılışı, Bakı, s.708-712.2000. İslam bu gün. “Ən-Nida” Ədəbi və elmi-publistik jurnal, 1/6/2000, s. 34
- 2009. Azərbaycanda ərəb dilinin yayılması və öyrənilməsi. BDU-nun xəbərləri, humanitar elmlər seriyası, Bakı, 2009 (1), s.208-213
- 2008. Azərbaycanda ərəb dilinin yayılması tarixinə dair. «Elmi araşdırmalar».АМЕА, akad. Z.Bünyadov adına Şərqşünaslıq institutu, Bakı, 2006, №1.s.315-317.
- 2006. Azərbaycanın ali məktəblərində ərb dilinin tədrisi, qarşıya çıxan problemlər və onların həlli yolları. “Qeyri-ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış” beynəlxalq konfransın materialları. Bakı, 2008, s.72-83
- 2005. XX əsrdə Azərbaycanda ərəb dilçiliyinin inkişaf xüsusiyyətləri. “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, 4 (46), Bakı, 2005, s. 32-35.
- 2005. XX əsrdə Azərbaycanda ərəb dilçiliyinin inkişafı. Aspirant və gənc tədqiqatçıların X respublika elmi konfransının materialları, Bakı, 2005, s. 173
- 2004. Aida İmanquliyevanın elmi irsi və ərəbşünaslığın müasir problemləri. “İpək yolu” jurnalı, Bakı, 2004, №1.s.34-36
- 2004. Azərbaycanda ərəb dilçiliyinin inkişaf xüsusiyyətləri. Hikmət –elmi-araşdırmalar toplusu, №4, 2004, 122-130
- 2004. Ərəb dilçiliyinə dair elmi-tədqiqat işləri. Tədqiqlər - 2, Bakı, 2004 s. 36-48
- 2003. Ərəb dilinə aid dərsliklər. Tədqiqlər – 3, Bakı, 2003.s.262-271
- 2003. XX əsrdə Azərbaycanda ərəb dilinə dair dərsliklər, dərs vəsaitləri və proqramların nəşri. Kitabxanaşünaslıq və biblioqrafiya №2, Bakı, 2003, s. 109-121
- 2003. Ərəbşünas alim Ə.C. Məmmədovun elmi yaradıcılığı. Şərqin aktual problemləri: Tarix və müasirlik mövzusunda akademik Z.M.Bünyadovun 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları, Bakı. 2003, s.278-280
- 2003. Azərbaycanda ərəb dilçiliyi. Şərqşünaslığın aktual problemləri mövzusunda respublika elmi konfransının materialları, Bakı, 2003, s. 263-266.
- 2002. İslamaqədərki ərəb ədəbiyyatının xüsusiyyətləri. “Filologiya məsələləri”, №2, Bakı, 2002, s.211-213
- 2002. İngilis dili söz yaradıcılığına ərəb dilinin təsiri. “Ənənə və qloballaşma” Beynəlxalq elmi simpoziumun materialları. Bakı, 2002, s. 72-74
- 2002. XX əsrin əvvəllərinə qədər Azərbaycanda ərəb dilçiliyinin inkişafı. Şərqşünaslığın aktual problemləri mövzu-sunda professor Vasim Məmmədəliyevin yubileyinə həsr edilmiş respublika elmi konfransının materialları. Bakı,2002, с. 185-188.
- 2001. Ərəbşünas alim Ələsgər Məmmədovun ömür yolu. “Bakı Universitetinin Xəbərləri” humanitar elmlər seriyası, №1, 2001, s. 150-155.
- 2001. Görkəmli alim Ələsgər Məmmədovun həyat və yaradıcılığı. Gənc aspirantların və tədqiqatçıların respublika konfransının tezisləri. Bakı, 2001, s.83-85
- 2001. Ə.C.Məmmədovun ali məktəb dərslikləri. Şərqşünaslıq fakültəsi magistr pilləsi üzrə elmi konfransın tezisləri, Bakı, 2001, s.24-27
- 1999. Qara qızılın qüdrəti. “Xəzər-xəbər” jurnalı, 15 fevral, №61, s.18-19
- 2000. Azərbaycan keçid dövründə. “Azərbaycan və müasir dünya” mövzu-sunda III Ümümrespublika elmi konfran-sının materialları, Bakı, 2000, s.81-85
- 2000. Azərbaycan və ərəb ölkələri arasında elmi-ədəbi əlaqələr. “Azərbaycan və müasir dünya” mövzu-sunda III Ümümrespublika elmi konfran-sının materialları, Bakı, 2000, s.98-101
- 2000. Ə.C.Məmmədovun Azərbaycanda ərəb dilçiliyinin inkişafında xidmətləri. Şərqşünaslıq fakültəsi magistr pilləsi üzrə elmi konfransın tezisləri. Bakı, 2000, s. 36-37
- 1998, Misirdə neft sənayesinin inkişaf təcrübəsinin Azərbaycan üçün əhəmiyyəti. “Neft və Azərbaycanın gələcəyi” mövzu sunda gənc alim və tələbələrin elmi-tədqiqat işləri müsabiqəsinin materialları. Bakı, s.32-45
ELM SAHƏSİNDƏ NAİLİYYƏTLƏR VƏ MÜKAFATLAR
- 1998- ci ildə “Neft və Azərbaycanın gələcəyi” mövzusunda keçirilən respublika üzrə gənc alim və tələbələrin elmi-tədqiqat işləri müsabiqəsində “Misirdə neft sənayesinin inkişaf təcrübəsinin Azərbaycan üçün əhəmiyyəti” adlı tədqiqat işinə görə II dərəcəli diplom
- 1999/02/9-1999/04/12 tarixində Bakıdakı Liviya Xalq Respublikasının səfirliyində təcrübədə olmuş, Səfirlik tərəfindən yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirilərək BDU Şərqşünaslıq fakültəsi dekanlığına təşəkkür məktubu göndərilmişdir.
- 2002-ci ildə Qahirə Universitetinin Ərəb Dilinin Tədrisi mərkəzinin ən fəal tələbəsi kimi Misir Ərəb Respublikasının rəsmi dövlət mətbuat orqanı olan “Əl-cumhuriyyə” qəzetində haqqında məqalə.
- 2004-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin təsis etdiyi “Aida İmanquliyeva adına təqaüd”
- 2004-cü il oktyabrın 12-də görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 65 illiyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda beynəlxalq konfransda “Aida İmanquliyevanın elmi irsi və ərəbşünslığın müasir problemləri” mövzusunda gənc ərəbşünas alimlərin nümayəndəsi kimi çıxış.
- 2018-ci ildə “Ərəb dilinin tədrisində göstərdiyi fəallığa görə” Misir Ali Təhsil Nazirliyinin medalı
BDU-DA VƏ ÖLKƏ ÜZRƏ ICTİMAİ FƏALIYYƏT
- 2002-2008-ci illərdə BDU Şərqşünaslıq fakültəsi Azad Həmkarlar Təşkilatının sədri
- 1998-2005-ci illərdə Azərbaycan Universiteti Heydər Əliyev lektoriyası nəzdində “İstedad Klubunun” üzvü
- 1998-1999-cu illərdə BDU Şərqşünaslıq fakültəsi Tələbə Şuraının sədri, universitet üzrə sədr müavini, Təhsil Nazirliyi yanında Şura üzvü
- 1999- cu ildən Amerika mərkəzinin üzvü
- 1999-cu ildə Azərbaycan Gənclərinin II Forumunun iştirakçısı
- 1999- cü ildən İnformasiya Texnologiyaları Resursları Mərkəzinin üzvü
KITABLAR:
- 2019, XX əsrdə Azərbaycanda ərəb dilçiliyi, Bakı, 204 s
- 2013, Azərbaycanın elm və mədəniyyət xadimləri – Vasim Məmmədəli oğlu Məmmədəliyev. Biblioqrafiya. Bakı, (M.Rəhimzadə,İ.Səfərov ilə birgə)