Vətən müharibəsinin iştirakçısı olmuş şərqşünas-məzunlarla görüş keçiriləcək
21 Sentyabr 2022 12:56

Şərqşünaslıq fakültəsində "27 sentyabr - Anım günü" ilə əlaqədar Vətən müharibəsinin iştirakçısı olmuş şərqşünas-məzunlarla görüş keçiriləcək.
27 sentyabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsində "Anım günü" ilə əlaqədar olaraq fakültənin məzunu olmuş Vətən müharibəsi iştirakçıları ilə görüş keçiriləcək. Görüşdə 2019-2022-ci illərdə fakültəni bitirmiş, Tərtər, Suqovuşan, Füzuli, Xocavənd, Şuşa və Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərək müvafiq medallarla təltif olunmuş Salmanov Valeh, Nəbiyev Xəyal və Seyfullayev Akif iştirak edəcəklər.
Son XƏBƏRLƏR
15.04.2025 | 06:45