27 Mart- “Elm günü”nə həsr olunmuş müsabiqəyə sənədlərin qəbulu başa çatıb
27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə 2020-ci il 11 fevral tarixində elan olunmuş müsabiqəyə sənədlərin qəbulu yekunlaşıb.
Müvafiq sənədləri və digər müşayiətedici materialları müsabiqənin şərtlərinə uyğun olan 20-dən çox əməkdaş müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Hazırda Müsabiqə Komissiyası təqdim edilmiş sənədləri müəyyən olunmuş meyarlara uyğun olaraq yoxlayır. Qaliblər 2021-ci il mart ayının sonunda “Elm günü”nə həsr olunmuş tədbirdə elan ediləcək. Xatırladırıq ki, müsabiqədə 1-ci yerin qalibləri 2500 manat, 2-ci yerin qalibləri 1500 manat, 3-cü yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif ediləcəklər.
Müsabiqə iştirakçılarına uğurlar arzu edirik!