Tədris işləri üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru Tərlan Paşa oğlu Məlikovdur. O, 1987-ci ildə Bakı şəhərində anadan olmuş, 1993-2003-cü illərdə Bakı şəhəri T.Həsənov adına 23 saylı orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “ərəb dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, magistratura pilləsində “Dilşünaslıq (ərəb dili)” ixtisaslaşması üzrə təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2016-cı illərdə Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının dissertantı olmuş və 2018-ci ildə “Ərəb dilində neologizmlər” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. 2011\2020-cı illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, tyutor, 2015\2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti üzrə SABAH qrupları üzrə koordinator kimi fəaliyyət göstərmişdir. 29 iyun 2010-cu ildə magistratura pilləsində təhsildə əldə etdiyi yüksək nəticələrə görə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar Elm Xadimi, akademik A.M.Məhərrəmov tərəfindən valideynə «Təşəkkür məktubu», 2010-cu ildə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi və AMEA-nın birgə keçirdiyi Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş “İlin ən yaxşı gənc alimi” müsabiqəsinin qalibi (II yer) olaraq təltif olunmuşdur.
TƏRLAN PAŞA OĞLU MƏLİKOV
TƏRLAN PAŞA OĞLU MƏLİKOV
Tədris işləri üzrə dekan müavini
Tel.: +(994) 12 539 11 42
Email: [email protected]