Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusifli Şahin Kamal oğludur. O, 1998-2009-cı illərdə Bakı şəhəri Səbayıl rayonu Osman Mirzəyev adına 190 saylı orta məktəbdə təhsil almış, 2009-2013-cü illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (İran üzrə)” ixtisası üzrə bakalavr, 2014-2016-ci illərdə isə “Fars ədəbiyyatşünaslığı” ixtisaslaşması üzrə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2018-2022 ci illərdə AMEA Şərqşünaslıq İnstitutunda “İran dilləri” ixtisaslaşması üzrə dissertantura pilləsində təhsil almışdır. Fars dili, Üslubiyyat və ritorika, Ardıcıl tərcümə və qeydgötürmə texnikası, Sənədləşdirmə və terminologiya, Tərcümə nəzəriyyəsi üzrə dərslər aparır. 2019-cu ildə BDU-nun 100 illliyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı və 2022-ci ildə BDU-da humanitar və ictimai elmlər sahəsində “İlin gənc alimi” mükafatı ilə təltif edilmişdir.
ŞAHİN KAMAL OĞLU YUSİFLİ
ŞAHİN KAMAL OĞLU YUSİFLİ
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini
Tel.: +(994) 12 538 01 91
Email: [email protected]