NİGAR QÜDRƏT QIZI İSMAYILZADƏ

NİGAR QÜDRƏT QIZI İSMAYILZADƏ

NİGAR QÜDRƏT QIZI İSMAYILZADƏ

Elmi işlər üzrə dekan müavini

Tel.: +(994) 12 539 11 42

Email: [email protected]

Elmi işlər üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Qüdrət qızı İsmayılzadədır. Nigar Qüdrət qızı İsmayılzadə 1973 –cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 62 saylı orta məktəbə getmiş, 1990-cı ildə orta məktəbi bitirmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsinə daxil olmuş, 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Dillər kafedrasında saathesabı qaydada türk dili fənnini tədris etməyə başlamışdır. 1999-cu ildə həmin fakültəyə ştat üzrə müəllim vəzifəsinə keçmişdir. 2007-ci ildə “ Müasir Azərbaycan və türk poeziyasında sərbəst şeir ” (R.Rza və N.Hikmət yaradıcılığı əsasında) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.2012-ci ildə dosent elmi adı almışdır. 2014 - cü ildən 2018-ci ilədək BDU İlahiyyat fakultəsində Bakalavr və Magistratura üzrə dekan müavini vəzifəsində işləmişdir. 2014-cü ildə “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur. 2018-ci ildən Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında türk dilini tədris etməyə başlamışdır.  2020-ci ildə  Şərqşünaslıq fakültəsində elmi işlər üzrə dekan müavini vəzifəsinə təyin olunmuşdur. 40-dan çox elmi məqalə, 22 konfrans materialı, 1 monoqrafiya, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin müəllifidir. “XIV-XVI əsr türk ədəbiyyatında ilahi eşq” mövzusunda doktorluq mövzusu üzərində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət