MUSTAFAYEV ŞAHİN MƏCİD OĞLU

MUSTAFAYEV ŞAHİN MƏCİD OĞLU

MUSTAFAYEV ŞAHİN MƏCİD OĞLU

(1962) Tarix üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2014),AMEA-nın həqiqi üzvü (2017),AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini

Şahin Mustafayev 7 fevral 1962-ci ildə Bakıda anadan olub.

1984-cü ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1985-1986 illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi staj keçdikdən sonra həmin institutda aspiranturaya daxil olub.

1990-cı ildə aspiranturanı bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutununun nəzdində fəaliyyət göstərən Müdafiə şurasında “XVI əsrin birinci yarısında Kiçik Asiyanın şərq vilayətlərində Osmanlı sosial-siyasi strukturunun formalaşması” mövzusunda dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi adını alıb.

2011-ci ildə Bakı Dövlət Universiteti Tarix fakultəsinin nəzdində fəaliyyət göstərən Müdafiə şurasında “XI-XV əsrlərdə Kiçik Asiyanın türk mühitində etnosiyasi proseslər” mövzusunda dissertasiya müdafiə edib və tarix üzrə elmlər doktoru elmi adını alıb.

1990-cı ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda müxtəlif elmi vəzifələrdə işləyib, hal-hazırda isə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutur.

1999-cu ildə YUNESCO-nun "Hirayama – İpək Yolu" proqramı ilə Böyük Britaniyanın Oksford İslam Araşdırmaları Mərkəzində və Bodlean Kitabxanasında elmi tədqiqat işləri ilə məşğul olub.

2005-2006-cı illərdə Fulbright proqramı ilə ABŞ-ın İndiana Universitetində elmi tədqiqat aparıb.

2008-2013-cü illərdə YUNESKO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (Səmərqənd, Özbəkistan) direktoru vəzifəsində fəaliyyət göstərib.

2015-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanı ilə Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin üzvü təyin edilib.

2014-2019-cu illərdə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının nəzdində Tarix elmləri üzrə Problem şurasının sədri olaraq fəaliyyət göstərib, hal-hazırda isə Ümumi tarix üzrə elmi şuranın sədri vəzifəsini yerinə yetirir.

2016-cı ildə YUNESCO-nun İpək Yolu Online Platform proqramının Azərbaycan üzrə əlaqələndiricisi və Beynəlxalq bürosunun vitse-prezidenti vəzifələrinə seçilib.

Elmi əsərləri dünyanın bir sıra ölkələrində müxtəlif dillərdə dərc edilib. Bir çox beynəlxalq elmi konfransların iştirakçısı olub.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət