Konfutsi İnstitutu

Bakı Dövlət Universitetinin  nəzdində Konfutsi İnstitutu – azərbaycan-çin təhsil və araşdırma mərkəzidir, 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi əsasında, ÇXR hökuməti ilə Çin yayılma Aparatının nümayəndələri adından  Konfutsi İnstitutu yaradılmışdır,  Bu İnstitutun yaranmasinda Bakı Dövlət Universiteti ilə uzun-müddətli və güclü əlaqələri olan Anhoy Universiteti əməkdaşlıq etdi, İki universitet artıq "əməkdaşlıq Memoradum birləşmələri" imzalamışdır  və Konfutsi İnstitutu öz fəaliyyətinə başlamişdir.

İnstitutun məqsədi
-  dostluq və anlaşmanı gücləndirmək və təhsil sahəsində Azərbaycan və Çin arasında əməkdaşlıq , elm və mədəniyyəti genişləndirmək . Bakı Dövlət Universiteti nəzdində  Konfutsi İnstitutu Çin elmi, təhsil və icma təşkilatıdır və  Bakı Dövlət Universitetinin tədris, elmi və mədəni əlaqələrin inkişaf etdirir.

Konfutsi İnstitutunda mövcuddur:
- Çin dili  kursları;
- danışıq klubu;
- Kommersiya kursları;
- Çin dili müəllimlərinin təkmilləşdirilmə kursları;
- Tayciçuan dərsləri;
- Xəttatlıq dərsləri
Konfutsi İnstitutu Anhoy Universitetinin yüksək ixtisaslı müəllimlərin iştirakı ilə Çin dilində tədris imkanları təklif edir:
- Çin dili kursları 4 pillədən ibarətdir.( 3 aylıq,6 aylıq,9 aylıq və 12 aylıq )

- Programı tam mənimsəyən tələbələr beynəlxalq sertifikat alırlar

- ÇXR Təhsil Nazirliyinin Dövlət Çin dili imtahanına (HSK) hazırlıq

Təlim forması: əyani,axşam və məsafəli (distans). Dərslər grupların formalaşması ilə başlanır.Butun arzu edənləri dəvət edirik!

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət