Mehdi Kazımov
Filologiya elmləri doktoru, professor
İş telefonu: +(994) 12 510 49 48
QISA BİOQRAFİK MƏLUMAT
- 1954-cü il, avqustun 18-də Bakıda anadan olub
- 1961-1971-ci illərdə 175 saylı Bakı şəhər orta məktəbdə oxuyub
- 1971-1977-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb
- 1976-1977-ci illərdə İranda fars dili mütərcimi işləyib
- 1987-ci ildə 2 ay ərzində Böyük Britaniyada ezamiyyətdə olub
- 1994-1995-ci illərdə ABŞ-ın Sietl şəhərində IREX proqramı üzrə çalışıb
- 1982-ci ildən BDU-da çalışır
- Ailəlidir, iki övladı var
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1977-ci ildə Bakı Dövlət Universitetini bitirib
- 1981-ci il, fil.e.n. «Nizami Gəncəvinin «Yeddi gözəl» və Əmir Xosrov Dəhləvinin «Səkkiz cənnət bağı» poemalarının müqayisəli təhlili»
- 1990-cı il, «XVI-XVIII əsrlər farsdilli şairlərin «Xəmsə»lərində normativlik və yaradıcılıq fərdiyyəti»
ƏMƏK FƏALİYYƏTİ
- 2007, h/h, İran filologiyası kafedrasının müdiri, Şərqşünaslıq fakültəsi, BDU
- 1988-2007, professor, İran filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1982-1988, elmi katib, Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası
- 1980-1982, kiçik elmi işçi, Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası
- 1977-1980, mütərcim, İctimai elmlər üzrə İnformasiya Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası
TƏDQİQAT SAHƏSİ
- Farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2008, Düşənbə, Tacikistan; Rudəkinin 1150 illiyinə həsr olunmuş beynəlxalq konfrans
- 2007, Bakı, Azərbaycan; «Yaxın və Orta Şərq: dünən, bu gün, sabah» beynəlxalq konfrans
- 2007, Tehran, İran; Müasir fars ədəbiyyatı problemlərinə həsr olunmuş beynəlxalq simpozium
- 2003, Sankt-Peterburq, Rusiya; «İranşünaslığın 300 illiyi» beynəlxalq konfrans
- 1991, Moskva, Rusiya; Şərq: xalqların keçmişi və gələcəyi; beynəlxalq konfrans
- 1991, Təbriz, İran; Nizami yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2017, 1990-cı illərdə Fars poeziyası
- 2017, Magistr hazırlığı üçün proqramlar («Fars ədəbiyyatı» ixtisası üzrə)
- 2016, Творческое наследие Вахши Бафки// İran filologiyası məsələləri toplusu, Bakı 2015, №3, səh., 123-150
- 2015, “XI –XIII əsrlərdə farsdilli sufi nəsrində şeir parçaları” – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda Beynəlxalq Elmi konfransın materialları, AMEA –nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutu, s., 380-384
- 2014,Tanınmış şərqşünas alim // «Azərbaycan Şərqşünaslığı», N1, səh. 73-77
- 2012. Nəcməddin Razinin «Eşğ o əğl» əsəri orta əsr fars dilli sufi nəsrinin nümunəsi kimi
- 2011. Şərq ədəbiyyatında Nizami ənənələləri
- 2011. Orta əsr fars dill sufi nəsrinə dair
- 2010. Məhəmməd bin Münəvvərin «Əsrar ət-touhid» əsəri
- 2008, Məhəmməd ibn Münəvvərin «Əsrar ət-touhid» əsərindən fraqmentlər
- 2008, Nizaminin «Xosrov və Şirin» poemasında bədii zaman
- 2007, 1990-cı illər Fars poeziyasında İslam İnqilabının motivləri
- 2006, Firdovsinin «Şahnamə»si və XII-XV əsrlərdə Azərbaycan poeziyası
KİTABLARI
- 2014, Nəcməddin Razinin «Mirsad əl-ibad» əsəri, Nafta – Press nəşriyyatı, Bakı
- 2012, Farsdilli ədəbiyyatın yeddi əsri
- 2010. Məhəmməd ibn Münəvvər. «Əsrar ət-touhid fi məğamatəşşeyx Əbu Səid»
- 2006, XX əsrin sonunda Fars poeziyası
- 2001, Sufi təfəkkürü tarixindən
- 1998, Cəmali Təbrizinin poetik irsi
- 1991, Nizaminin ardıcılları
- 1990, Zeynəddin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide. /Fars dilindən tərcümə/
- 1987, Nizaminin «Həft peykər»i və XIV-XVI əsrlərin farsdilli ədəbiyyatında nəzirə ənənəsi
- 1986, Həmdullah Mustovfi Qəzvini. Zeyl-e tarix-e qozide. /Fars dilindən tərcümə/
- 1984, Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e şeyx Üveys. /Fars dilindən tərcümə/