AYDAN RƏFİQ ZƏKA QIZI XƏNDAN

AYDAN RƏFİQ ZƏKA QIZI XƏNDAN

AYDAN RƏFİQ ZƏKA QIZI XƏNDAN

Dekan

Tel.: +(994) 12 438 51 98

Email: [email protected]

Filologiya üzrə fəlsəfə doktoru, dosent  Aydan Rəfiq Zəka qızı Xəndan 19 mart 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş,1981-1991-ci illərdə Bakı şəhəri 7 № li orta məktəbində təhsil almışdır. 1991-1996-cı illərdə BDU-nun Şərqşünaslıq Fakültəsinin Türk filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmiş, 1996-cı ildən Türk filologiyası kafedrasında əmək fəaliyyətinə başlamışdır.  2003-cü ildə “Yəhya Kamal Bəyatlı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2006-2008- ci illərdə Latviya Dövlət Universitetinin Müasir dillər fakültəsinin, Şərq dilləri kafedrasında Türk dili fənnindən dərslər demişdir. 2009-cu ildə Türk filologiyası kafedrasının dosent əvəzi müəllimi seçilmiş, 2012-ci ildən isə dosent adını almışdır. 2014-cü ildə Türk xalqları ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur.  2019-cu ildə ölkə prezidenti tərəfindən Tərəqqi medalına layiq görülmüşdür. 2019-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onlarla respublika və ölkəmizdən kənarda baş tutan elmi konfranslarda iştirak etmişdir. 40-dan çox məqalə, 3 proqram, 1 metodik vəsait və 1 kitabın müəllifidir.

 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət