2024-2025-ci TƏDRİS İLİ

2025-ci ilin fevral ayında keçirilmiş “Elmi seminarlar” və “Ustad dərslər”haqqında 

 

 

Məruzəçi

Dərəcə, vəzifə

Mövzu

Kafedra(lar)

Tarix, saat

Məkan

qeyd

1

Ali Işık

yazıçı

İnsan neden hikaye anlatır

Türk filologiyası

21 fevral, 14.00

 

 

Xülasə: Türk yazıçısı Ali Işık yaradıcılığı haqqında məlumat verəcək, hekayələrində toxunduğu mövzular təhlil ediləcək.

2

Məmmədova Ziyafət

Müəllim

Əl-Faruqinin “Daneşname-ye Qədərxan” lüğətinin yeganə əlyazması haqqında

Orta Şərq dilləri və ədəbiyyatı kafedrası

28 fevral, 13.20

Şərqşünaslıq fakültəsi otaq N610

 

Xülasə: XIV əsrin Hindistan məktəbinin nadir əlyazmalarından biri olan bu əsərin yeganə  nüsxəsi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılmaqdadır. 2500-ə yaxın leksik vahidin izahına hər olunmuş bu lüğət kitabında elmin bütün sahələrinə aid olan sözlərə rast gəlmək olur. Əl-Faruqi hər bir dil vahidinə verilən izahı əyaniləşdirmək və onun mənasını bir daha zənginləşdirmək məqsədilə illüstrativ vasitə şəklində, səksənə yaxın farsdilli şairin 1000-ə yaxın beytlərindən istifadə etmişdir.

 

 

 

 

 

 

2025-ci ilin mart ayında keçirilmiş “Elmi seminarlar” və “Ustad dərslər”haqqında

 

 

Məruzəçi

Dərəcə, vəzifə

Mövzu

Kafedra(lar)

Tarix, saat

Məkan

qeyd

2

Kumail Qazalbaş

Bəlucistan Universitetinin Urdu dili şöbəsinin professoru, yazıçı-publisist

Azərbaycan-urdu dillərində müştərək sözlərin leksik-semantik xüsusiyyətləri

Orta Şərq dilləri və ədəbiyyatı kafedrası

6 Mart, saat 12.00

Şərqşünaslıq fakültəsi, otaq N709

 

Xülasə: Təqdim olunan ustad dərsdə Azərbaycan-Pakistan elmi-mədəni əlaqələrindən söz açılacaq, Azrəbaycan və urdu dilindəki müştərək sözlərin leksik-semantik xüsusiyyətləri təhlil ediləcək, oxşar və fərqli cəhətləri izah olunacaq. 

2

Tərlan Quliyev

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

“Şərq elmi-nəzəri, filoloji fikri və onun poetika sahəsi”.

 

Ərəb filologiyası kafedrası

10 mart, saat 12.00,

Şərqşünaslıq fakültəsi, otaq N605

 

 

Xülasə : Məruzəçi Şərq ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolunundan bəhs edəcək, burada Şərqə aid nadir elmi kitablar, müxtəlif müntəxabatlar, lüğətlər, məcmuələr vurğulanacaq. Eyni zamanda şərq ədəbiyyatında şeir şəkli və janrları  təhlil olunacaq.

3

Elman Quliyev

professor

M.A.Ersoyun “İstiqlal Marşı” şeirində türk milli kimlik qürurunun və istiqlal duyğularının tərənnümü

Türk filologiyası

12 mart saat 10.30 Yeni bina, Dəyirmi zal

Şərqşünaslıq fakültəsi, (keçirilmə yeri məlum deyil, dairəvi zal da ola bilər)

 

Xülasə: Türk şairi Mehmet Akif Ərsoyun “İstiqlal Marşı”nın Dövlət himni kimi qəbul olunmasının 104-cü ildönümünə həsr olunmuş məruzədə şeirin yaranma zərurəti və tarixi, əhəmiyyəti və Mehmet Akif Ərsoyun yaradıcılığında yeri, türk dünyasında istiqlal duyğularının formalaşmasının rolu haqqında məruzə dinləniləcək.

4

Həsənova-Orucova Vüsalə Elxan qızı

Müəllim

Azərbaycan və Koreya dillərində yiyəlik halının ifadə vasitələrinin müqayisəli tədqiqi

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası

12 mart, saat 14.00

Şərqşünaslıq fakültəsi, otaq N612

 

Xülasə : Məruzədə Azərbaycan və Koreya dillərində ismin halları, eyni zamanda elmi seminarın mövzusu olan yiyəlik halın ifadə formaları haqqında, xüsusiyyətləri, işlənmə yerləri, Azərbaycan və Koreya dillərində oxşar və fərqli cəhətlətr müzakirə olunacaq.

5

Fəridə Səfiyeva

 

Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

“İrəvan ədəbi mühiti”. Irəvan tarixi həqiqətlər və şəxsiyyətlər

 

 

14 mart, saat 12.00,

Şərqşünaslıq fakültəsi, otaq N605

 

 

Xülasə : Təqdim olunan elmi seminarda məruzəçi İrəvanda ədəbi mühiti işıqlandıracaq, eyni zamanda İrəvan ziyalılarının həyat və yaradıcılığı haqqında məruzə ediəcək. Professor Fəridə Səfiyevanın yazdığı “  “ kitabı haqqında məlumat verəcək.

6

Səbinə Mirzəyeva

Ərəb filologiyası kafedrasının dosenti

Azərbaycanda tərcümə sənətinin yaranması və inkişaf mərhələləri

Ərəb filologiyası kafedrası

18 mart, saat 12.00

Şərqşünaslıq fakültəsi, otaq N707

 

 

Xülasə: Azərbaycanda tərcümə sənətinin inkişaf dövrü haqqında məlumat veriləcək. Azərbaycanda tərcümə sənətinin ərəb və fars tərcümə ənənələri ilə bağlı olduğu təhlil olunacaq. Orta əsr Azərbaycanda tərcümənin 3 növü : hərfi, əslinə uyğun və sərbəst (yaradıcı) tərcümə növü müzakirə olunacaq.

                   

 

 

 

2025-ci ilin aprel ayında keçirilmiş “Elmi seminarlar” və “Ustad dərslər”haqqında

 

/n

Məruzəçi

Dərəcə, vəzifə

Mövzu

Kafedra(lar)

Tarix, saat

Məkan

qeyd

1

Əhməd Sami Elaydi

Ayn-Şəms Universitetinin professoru

Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcüməsi prosesi: nəzəri və praktik yanaşmalar

Ərəb filologiyası kafedrası

2 aprel, 12.00

Şərqşünaslıq fakültəsi, Otaq N 715

 

Xülasə : Mövzu Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcüməsinin nəzəri və praktik aspektlər baxımından təhlilinə həsr olunmuşdur. Burada tərcümə prosesində qarşıya çıxan lingvistik və üslubi çətinliklər, ekvivalentlik prinsipləri və Azərbaycan ədəbiyyatının ərəb dilli auditoriyaya adekvat şəkildə təqdim olunması yollarının müzakirəsi nəzərdə tutulur.

2

Rizvan Nəbiyev

AR Milli Məclisin üzvü

“Konstitusiya ili” çərçivəsində “Beynəlxalq münasibətlər müstəvisində parlament diplomatiyasının rolu”

 

16 aprel, 11.00

2 saylı bina, Zəfər otağı

 

Xülasə :  Məruzədə parlament diplomatiyasının xarici siyasət kursunda mühüm yer tutmasından,  parlamentlərin beynəlxalq miqyasda siyasi hədəflərin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri haqqında məlumat veriləcək. Ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu işıqlandırılacaq.

3

Nailə Əhmədova

Müəllim

Yapon dilində feilin shimau formasında tərzinin müqayisəli tədqiqi

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası

18 aprel, 13.50

Otaq N612

 

Xülasə : Məruzədə  Yapon dilində “しまう” formasının felin iki əsas məna çalarını ifadə edən bir strukturolması, həm yazılı, həm də danışıq dilində geniş istifadə olunmasından bəhs ediləcək. Bu formanın  hərəkətin tamamlandığını və geri dönməz olduğunu bildirmək üçün işlədildiyi haqqında məlumat veriləcək. 

4

Gövhərxanım Nağıyeva

Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının doktorantı

Qətran Təbrizinin “Divan”ında məişət leksikası

Orta Şərq dilləri və ədəbiyyatı kafedrası

25 aprel, saat 13.20

Otaq N610

 

Xülasə : Farsdilli ədəbiyyatda Azərbaycan üslubunun nümayəndəsi olan QətranTəbrizinin “Divan”ında tez-tez rast gəlinən  silah adları, ləl-cəvahirat,ev əşyaları, ənlik-kirşan, parça və paltar adları,rəng adları,musiqi alətləri, gün və ay adları kimi sözlər qruplar şəklində yazılaraq təqdim olunmuşdur. Hətta Qətran Təbrizinin “Divan”ını XI əsrdə fars dilində işlənən əksər adların qiymətli mənbəsi adlandırmaq olar.

5      

Aydan Xəndan

Türk filologiyası kafedrasının dosenti

XIX əsrin sonu XX əsrin əvvəllərində Türk ədəbiyyatında ədəbi cərəyanlar

Türk filologiyası kafedrası

28 aprel, saat 13.50

Otaq N

 

Xülasə : Məruzədə Türk (Osmanlı) toplumunda XVIII əsrdən sonra qərb mədəniyyətini mənimsəmək istiqamətində bir sıra işlərin görülməsi xüsusunda hərbi və siyasi sahədəki inkişafın bir müddət sonra ədəbiyyata də təsirini göstərməyə başlaması haqqında məlumat veriləcək.  Türk ədəbiyyatının XIX əsrdə sürətli inkişafı, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş dövrü kimi özünü büruzə verdiyindən bəhs ediləcək. Ədəbi-mədəni inkişaf işıqlandırılaraq Türk ədəbiyyatında ədəbi cərəyanların nümayəndələri təhlil olunacaq.

                       

 

 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
All rights reserved. Baku - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət