1962-ci ildə Şərqşünaslıq fakültəsində 3 kafedra – Ərəb dili, Yaxın Şərq dilləri, Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedraları açılmışdır.
Uzun illər Ərəb dili kafedrasına müasir dövrdə Azərbaycanda ərəbşünaslığın banisi, 30-a yaxın dərsliyin müəllifi, əməkdar elm xadimi, professor Ələsgər Məmmədov başçılıq etmişdir.
1989-cu ilədək Yaxın Şərq dilləri kafedrasının müdiri isə bir sıra dərslik və dərs vəsaitlərinin müəllifi, orta əsr incilərindən olan «Kəlilə və Dimnə», «Qabusnamə», «Gülüstan», «Əxlaqi- Nasiri», «Baharıstan» və «Siyasətnamə»ni Azərbaycan dilinə tərcümə etmiş əməkdar elm xadimi, professor Rəhim Sultanov olmuşdur.
Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına isə müxtəlif illərdə Azərbaycanın hüdudlarından kənarda da tanınmış, fars ədəbiyyatının dərin bilicisi, İran poeziyasını ana dilimizə tərcümə etmiş kamil mütərcim, professor Mübariz Əlizadə, dünya şöhrətli görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslı, ərəbdilli Azərbaycan ədib və şairlərin ilk tədqiqatçısı professor Malik Mahmudov rəhbərlik etmişlər.
Hal-hazırda fakültədə 4 kafedra mövcuddur:
Ərəb filologiyası kafedrası ([email protected])
1957-ci ildə açılmış Ərəb dili və Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedralarının bazası əsasında 1991-ci ildə təşkil edilmişdir. Kafedrada ərəb və ibri dillərinin, ərəb və yəhudi ədəbiyyatlarının aktual problemləri üzrə tədqiqat işləri aparılır, dərsliklər və lüğətlər hazırlanır. Hal-hazırda kafedranın müdiri AMEA-nın həqiqi üzvü, akademik, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyevdir.
Kafedrada 3 elmlər doktoru, professor, 8 elmlər namizədi, dosent, 9 baş müəllim, 8 müəllim, 1 əvəzçi müəllim və 4 laborant fəaliyyət göstərir.
Bakalavr pilləsində tədris edilən fənlər:
ərəb və ibri dilləri
ərəb və yəhudi ədəbiyyatı
tərcümə nəzəriyyəsi
ərəb və ibri dilləri üzrə xüsusi kurslar
ərəb və yəhudi ədəbiyyatı üzrə xüsusi kurslar
ərəb və yəhudi dillərinin tədrisi metodikası
islamşünaslıq
islam əxlaqı
Quran və elm
Kalliqrafiya
ərəb və ibri filologiyasına giriş
İran filologiyası kafedrası ([email protected])
1957-ci ildə açılmış Yaxın Şərq dilləri və Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedralarının bazası əsasında 1991-ci ildə təşkil edilmişdir. Professor M.Ş.Rəhimov (1991-1996), dosent T.İ.Cahangirov (1996-2006) kafedra müdiri olmuşlar. 2006-cı ildən kafedraya tanınmış iranşünas alim, professor M.D.Kazımov rəhbərlik edir.
Kafedrada fars və urdu dillərinin, fars və urdu ədəbiyyatının aktual problemləri üzrə tədqiqat işləri aparılır, dərslik və lüğətlər hazırlanır.
Kafedrada 5 elmlər doktoru, professor, 10 elmlər namizədi dosent, 6 baş müəllim, 5 müəllim və 4 laborant fəaliyyət göstərir.
Bakalavr pilləsində tədris edilən fənlər:
fars və urdu dilləri
fars və urdu ədəbiyyatı
tərcümə nəzəriyyəsi
fars və urdu dilləri üzrə xüsusi kurslar
kalliqrafiya
iran və urdu filologiyasına giriş
ölkəşünaslıq
İranın mədəniyyət və incəsənəti
Türk filologiyası kafedrası ([email protected])
1957-ci ildə açılmış Yaxın şərq dilləri və Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedralarının bazası əsasında 1991-ci ildə təşkil edilmişdir. Həmin vaxtdan indiyədək kafedraya tanınmış türkoloq, professor R.Ə.Rüstəmov rəhbərlik edir.
Kafedrada türk dili və ədəbiyyatının aktual problemləri ilə bağlı tədqiqat işləri aparılır,dərsliklər və lüğətlər hazırlanır.
Kafedrada 3 elmlər doktoru, professor, 8 elmlər namizədi, dosent, 5 baş müəllim, 6 müəllim və 3 nəfər laborant fəaliyyət göstərir.
Bakalavr pilləsində tədris edilən fənlər:
türk dili
türk ədəbiyyatı
tərcümə nəzəriyyəsi
türk dili üzrə xüsusi kurslar
türk ədəbiyyatı üzrə xüsusi kurslar
əski əlifba
türk filologiyasına giriş
Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası
Şərqşünaslıq fakültəsinin strukturuna daxil olan Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası BDU nun 04 noyabr 2004-cü il tarixli R-75 saylı əmri ilə yaradılmışdır. Kafedrada hal-hazırda üç istiqamət üzrə mütəxəssis hazırlanır
Yaponşünaslıq
Çinşünaslıq
Koreyaşünaslıq
Kafedrada aşağıdakı fənlər tədris edilir:
Yapon (Çin,Koreya) dili
Yapon (Çin,Koreya) filologiyasına giriş
Yapon (Çin,Koreya) ədəbiyyatı
Yapon (Çin,Koreya) mədəniyyəti və incəsənəti
Tərcümə nəzəriyyəsi
Kafedradakı ixtisaslar Azərbaycan və rus dillərində tədris edilir. Kafedrada baza təhsili milli kadr potensialı çatışmadığından hal-hazırda Koreyaşünaslıq ixtisasında bir milli və 4 Koreya vətəndaşı , Çinşünaslıq ixtisasını 4 ÇXR vətəndaşı, Yaponşünaslıq ixtisasını isə 4 milli və bir Yaponiya vətəndaşı tədris edirlər. Kafedraya yarandığı vaxtdan filologiya elmlər doktoru və texnika elmləri namizədi, professor Oqtay Babəli oğlu Cəlilbəyli rəhbərlik edir. O, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun (indiki Azərbaycan Memarlıq İnşaat Universiteti) İnşaat fakültəsinin məzunudur. Kafedrada tədris zamanı Yaponiya, ÇXR və Koreyada hazırlanmış müasir beynəlxalq standartlara cavab verən dərsliklərdən və linqafon kabinetlərdən istifadə edilir.
Azərbaycan Respublikası Dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-1994-cü illərdə Yaponiyada elmi-stajkeçmədə olmuş ilk azərbaycanlı elmi işçi dos. O. B. Cəlilbəylidir.
Tələbələrimiz Yaponiya, ÇXR və Koreyada uzun və qısamüddətli ixtisasartırma kurslarında iştirak edirlər. Belə ki, Yaponiyada 18 tələbə 1 illik və 8 tələbə 6 həftəlik , 5 tələbə 2 həftəlik , ÇXR-də 28 tələbə 1 illik, 2 tələbə 5 illik, 6 nəfər magistratura, Koreyada 5 tələbə 1illik dil kurslarında, 5 nəfər bakalavr üzrə, 10 nəfər isə magristratura üzrə təhsil almışlar.
Əlaqə: II korpus, : 619-cu otaq, tel: 510 16 78