ƏMƏKDAŞIMIZ ƏRƏB PARLAMENTİNİN SƏDRİ İLƏ GÖRÜŞDƏ ARDICIL TƏRCÜMƏ HƏYATA KEÇİRİB
Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb. Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyən spiker Sahibə Qafarova bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin Ərəb Parlamenti ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində də maraqlı olduğunu bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin sədri Əl-Asuminin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə əlaqədar fevralın 13-də AŞPA prezidenti Teodoros Rusopulosa məktubla müraciət etməsinin və bu qərara yenidən baxılmasına çağırmasının Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun dost münasibətinin bir təzahürü olduğunu diqqətə çatdırıb.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində münasibətlərdən danışan Milli Məclisin sədri qonağın 2022-ci ildə bu təşkilatın Bakıda keçirilmiş I Konfransında iştirakını və fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etməsini məmnunluqla qeyd edib. Spiker Sahibə Qafarova Ərəb Parlamenti tərəfindən QHPŞ-yə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbulunun da yüksək qiymətləndirildiyini qeyd edib.
https://report.az/milli-meclis/sahibe-qafarova-ereb-parlamentinin-sedri-ile-gorusub55/