ÇİNİN ANHUİ UNİVERSİTETİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ
Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin vitse-prezidenti Jou Feinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Nümayəndə heyəti ilə görüş zamanı BDU-nun rektoru Elçin Babayev qonaqlara Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, iki universitet arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Rektor həmçinin BDU ilə Anhui Universiteti arasında bakalavriatura səviyyəsində Şərqşünaslıq fakültəsinə ixtisaslarından "Çin filologiyası" ixtisası üzrə ikili diplom proqramının yaxın zamanlarda imzalanması və gələcəkdə bu proqramın üçlü diplom proqramına çevrilməsi imkanları haqqında danışıb. Elçin Babayev ortaq mədəni tədbirlərin, forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib.
Nümayəndə heyəti Şərqşünaslıq fakültəsində olublar. Fakültə dekanı Aydan Xəndan qonaqları qəbul edərək, fakültə və Çin üzrə regionşünaslıq ixtisası barədə məlumat verib, fakültədə dərslərə nəzər yetirilib və əməkdaşlığın perspektivləri barədə danışılıb.